İVANO-FRANKOVSK AZƏRBAYCANLILARI VƏTƏNİMİZİ LAYİQİNCƏ TƏMSİL EDİRLƏR.
Diaspor info saytı oxucularımızı dünyada yaşayan və diaspor fəaliyyəti ilə məşğul olan soydaşlarımızla tanış etməkdə davam edir. Saytımızın əməkdaşları ilk dəfə Ukraynanın İvano-Frankovsk şəhərində olaraq, soydaşlarımızın yaşayış səviyyəsi və diaspor təşkilatlanması haqqında məlumat toplayıblar.
Avropanın qapısı olan İvano-Frankovsk şəhərində olarkən “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərli ilə də, görüşən müxbirlərimiz onunla da xeyli söhbətləşiblər.
Əlmaniz Ələkbərli deyib ki, dünyanın, xüsusən də, MDB ölkələrinin çoxunda olub və soydaşlarımızın necə təşkilatlanması ilə yaxından maraqlanıbdır: “Mən fərqi yoxdur hansı dövlətdə, vəyaxud da, hansı şəhərdəyəm. Əgər diaspor təşkilatımız həmin şəhərdə vardırsa, deməli onların fəaliyyəti ilə hökmən yaxından tanış oluram.
Açığını desəm özlərini kolxoz sədri kimi aparan bir çox diaspor rəhbərini nəzərə almasaq, əsasən diaspor təşkilatları Vətən üçün, xalqımız üçün çalışır.
Bu günlərdə “Ukrayna Azərbaycanlıları Konqresinin İvano-Frankovsk Vilayət Diaspor Təşkilatının” sədri Mətləb Taryel oğlu Nəcəfovla görüşümüz oldu. Bəlkə də, qarşılaşdığım ilk diaspor təşkilat rəhbəri idi ki, söhbətini bu şəhərdə diasporanı quran insanların adını çəkməklə başladı. Əslində onun özünə deməsəm də, bu mənim çox xoşuma gəldi, deməli bu şəhərdə paxıllıq, biri-birini qısqanmaqdan söhbət gedə bilməz.
Mətləb müəllim dedi ki, SSRİ vaxtında şəhər arxitekturasında işləyən, şəhərin memarlıq sahəsində görülən işlərində və aparılan yeniliklərində xidməti olmuş Nazim Binnətov və Ukraynada tanınmış soydaşımız, alim ziyalımız Fərhad Turanlı, hələ 1988-ci ildə “Avesta” adlı cəmiyyət yaradıblar.
Bu gün Mətləb müəllim, həmişə adlarını hörmətlə çəkdiyi həmin ziyalıların yaratdığı cəmiyyətin davamçısı sayılır. Mətləb müəllim sözügedən şəhərdə, soydaşlarımız arasında dövlət qulluqçularının, ziyalıların daha çox olduğunu xüsusi vurğuladı. Belə ki, Karpat regionunun Ekologiya sahəsinə rəhbərliyi də, iki dəfə şəhər sovetinin deputatı olmuş Azərbaycanlımız, Riyafət Qasımov edir.
Bu şəhərdə Neft-Qaz institutu olduğu üçün bu sahədə də, işləyən soydaşlarımız yetərincədir. Bu şəhərdə yaşayan Neft-Qaz institutunda uzun illər dərs vermiş alim soydaşımız İskəndər Quliyev, həkim- Qastroenteroloq Aleksandr Həsənov, Neft-Qaz institunun məzunu olmuş, iş adamı Əmrah Zeynalov, iş adamları Oqtay Qasımov, Vüqar Namazov və Yaşar Fətullayev də, tanınan ziyalılardandır.
Bilirsinizmi, Mətləb Nəcəfov Astara rayon Qapıçı məhəllə kəndindəndir. O, Azərbaycanın milli adət-ənənələrini daha yaxşı bildiyi üçün onun təbliği ilə də, yüksək səviyyədə məşğuldur.
Bununla yanaşı Ukrayna dilini mükəmməl bilir və yaşadığı ölkənin qanunlarına hörmət edir.
Mətləb müəllim yükdaşıma işi ilə məşğuldur.
O, dünyanın bir çox ölkələrinə, o cümlədən Azərbaycana da, yük daşıyır. Bu sahədə xüsusi nüfuz qazanması isə, göstərdiyi yüksək keyfiyyətli xidmət və rəhbərlik etdiyi sahəyə inamın artırılması gücünə başa gəlib.
Hətta elə gün olur ki, ona sifariş gəlsə belə nəqliyyat çatışmamazlığı üzündən daimi olmayan müştərilərə yox demək məcburiyyətində qalır. Çünki insanlar internet üzərindən yükdaşıma ilə maraqlanan zaman hər hansı bir şirkət haqqında geniş məlumat əldə edirlər. Mətləb müəllimin rəhbərlik etdiyi şirkət haqqında yalnız yaxşı xəbərlər eşidən zaman hamı çalışır ki, məhz həmin şirkətlə işləsin.
Mətləb müəllim diaspor fəaliyyətində daha çox savadlı insanlardan istifadə edilməyin məcburi olduğunu deyir. Odur ki, müasir gəncliyin daha çox savadlanması üçün bütün gücü ilə çalışır.
Öz övladları da, Ukraynanın ən nüfuzlu Ali təhsil müəssisəsində təhsil alırlar.
Bu şəhərdə məhz Mətləb müəllimin səyi nəticəsində, ikinci Azərbaycan diaspor təşkilatı yaranmayıb, çünki buna lüzum yoxdur. Mətləb müəllim deyir ki, əgər lazımdırsa, məni layiq görmürlərsə mən dərhal istefa edə bilərəm, onda ikinci təşkilatı yaratmağa ehtiyac da qalmaz.
Açıq desəm dünyanın çox az şəhərində belə birliyi olan diaspor təşkilatımız var.
Soydaşlarımızla söhbətimiz zamanı məlum oldu ki, Mətləb Nəcəfov öz tərbiyəsi, savadı və səmimiliyi ilə Azərbaycanlılarla yanaşı Ukraynalıların da, rəğbətini qazana bilib.
[/center]
Onun keçirdiyi tədbirlər öz tutarlığı ilə həmişə seçilib.
İstər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yolunda, istərsə də, milli mədəniyyətimiz, adət-ənənələrimizin və milli mətbəxtimizin yerli millətlərə təbliğində İvano-Frankovsk diasporası xüsusi olaraq seçilir.”
İvano-Frankovsk şəhəri bir neçə Avropa ölkələrinə çox yaxındır. Odur ki, Avropa qapısında yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərini dünyaya daha rahat çatdırmaq imkanları vardır.
Diaspor info
Ukrayna Bürosu.
1 158