ƏLMANİZ ƏLƏKBƏRLİ: BU GÜN ŞƏHİD AİLƏSİNƏ HÖRMƏTSİZLİK EDƏN MƏMUR, HƏM DƏ, ÖZ DÖVLƏTİNƏ HÖRMƏTSİZLİK ETMİŞ OLUR.
AĞSTAFA RAYONUNDAN SONRA NÖVBƏ TOVUZ RAYON İCRA HAKİMİYYƏTİNƏ ÇATA BİLƏRMİ?!
FƏXRİ XİYABANDA UYUYAN ŞƏHİDİMİZİN ANASINA TOVUZ RAYON RƏHBƏRLİYİ NİYƏ BU QƏDƏR ÖGEY MÜNASİBƏT BƏSLƏYİR?
TOVUZ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MƏMMƏD MƏMMƏDOV KİMƏ – Meliorasiya və Su Təsərrüfatı ASC-Ə İŞLƏYƏN QARDAŞINA ARXAYINDIR?!
Diaspor info saytının Ukrayna bürosunun əməkdaşları, bu ölkədə yaşayan soydaşlarımızla söhbəti zamanı Tovuz rayon Böyük Qışlaq kəndindən olan bir ziyalı ilə həmsöhbət olublar. Soydaşımız söhbət arası deyib ki, onların kəndlərində Qarabağ savaşında qəhrəmancasına həlak olan şəhidimiz və onun anası ilə yerli icra hakimiyyəti rəhbərliyi ümumiyyətlə maraqlanmır.
Məsələni yerində araşdırmaq üçün saytın təsisçisi və baş redaktoru, Azərbaycan jurnalistlər və yazıçılar birliyinin üzvü Əlmaniz Ələkbərli şəxsən özü Tovuz rayon Böyük Qışlaq kəndində olub.
Əlmaniz müəllim Şəhid anasıyla söhbətini video-lentə də alıb:
Böyük Qışlaq kəndi Tovuz rayon mərkəzindən 36 km məsafədə, başı qarlı dağların qoynunda yerləşir.
Bəli, məhz belə kəndlərdə doğulub, boya-başa çatan oğullarımız Qəhrəman olmağa layiqdirlər. Necə ki, bunu şəhidimiz Nazim Hüseynov edib. Lakin Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Cahangir oğlu Məmmədov nədənsə şəhid ailələrinə hörmətsizlik edir. Şəxsən
ÇOX HÖRMƏTLİ MƏMMƏD MÜƏLLİM SİZ ÖZ ÖVLADLARINIZA BELƏ EVDƏ YAŞAMAĞI RƏVA GÖRƏRSİNİZMİ?
mən düşünürəm ki, ən azından onları, yəni rəhbərlik etdiyin rayonun şəhid ailələrini ümumiyyətlə tanımamaq sözün əsil mənasında hörmətsizlikdir.
Şəhidimizin anasıyla həyətdə görüşdük. Ananın keyfini soruşdum, dedi ki, hər şey yaxşıdır, təkcə evimiz qəzalı vəziyyətdədir. Həyətə daxil olan zaman hətta həyatyani torpağın belə sürüşdüyünün şahidi olduq. Binanın zirzəmisinə daxil olarkən, qarşılaşdığım mənzərədən şoka düşmüşdüm. Belə ki, yaşayış evi bütünlüklə öz yerindən irəliyə tərəf sürüşüb və bütün binaya, uçmasın deyə altdan dəmir borular qoyublar
ki, uçmasın. Şəhidimizin anası deyir ki, gördüyünüz bu işlərin hamısını şəhidin atası edib. Şəhid anası Adilə Hüseynova həyat yoldaşının adını daha mədəni, tərbiyəvi formada təqdim edirdi: Evin sahibi bu bərkitmə işlərini edib.
Təəssüf ki, evin sahibi dünyasını dəyişib.
(Evin sahibi sözünün mənasını soruşdum, yenə də, həyat yoldaşım demədi. Dedi ki, şəhidin atası)
Evin hər tərəfini diqqətlə gözdən keçirdik, demək olar bütün tikili cırılaraq, binanın divarlarında böyük çatlar əmələ gətirib. Doğrusunu desəm, həm bir ziyalı kimi, həm də, hələ Naxçıvandan sıralarına daxil olduğum YAP-nın fəalı kimi, Ana vətənimizin müdafiəsinə qalxaraq şəhid olan Nazim Hüseynovun anasına olan bu biganəliyə görə rayon icra hakimiyyətinin aidiyyati işçilərinin və icra başçısının yerinə mən utandım.
Mən nurani üzlü Şəhid Anasının gözlərinə dik baxa bilmədim, çünki eyni partiyadan olan məmur özbaşınalığına görə utanırdım. Ancaq mən bilirəm ki, cənab Prezident İlham Əliyev şəhid ailələrinə qarşı necə həssaslıqla yanaşır. Odur ki, şəhid Anasına dedim ki, sən hər birimizin Anasısan.
Və dərhal maşınıma əyləşib, tovuz rayon icra hakimiyyətinə gəldim. Əvvəlcə telefon vasitəsiylə köməkçi Elşən Mürsəlovla danışdıq. Onun icra başçısı haqqında arxayın-arxayın danışması isə, rayon rəhbərinin həddən artıq arxalı insan olduğundan xəbər verirdi. Bir saata kimi aşağıda polis nəfərinin yanında dayanıb gözlədim və nələrin şahidi oldum. Qəbula gələn insanlar dövlətddən narazı olduqlarını deyərkən, müdaxilə edib soruşdum ki, nədən narazısınız? Cavab belə oldu: rayonun başçısı burada niyə oturub?, bir aydı üç əlil uşaq valideyinləri kimi qəbula gəlirik, Məmməd müəllim bizi qəbul etmir.
Bəli, bu sözləri eşidəndə başa düşdüm ki, icra başçısı nə şəhid ailəsinə, nə də ki, əlil ailəsinə vaxt ayıran məmurlardan deyildir. Odur ki, aidiyyati şöbəyə, Tovuz rayon icra hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova ilə görüşdüm. Açığını desəm çox nəzakətli, tərbiyəli danışığı ilə məndə xoş təəssürat yarada bildi. Ancaq şəhid anasını şəkilini göstərən zaman onu ümumiyyətlə tanımadığını dedi. Dərhal Böyük Qışlaq kən i.ə.i. nümayəndəsinə zəng vurdu. O, da telefonda kəkələyə-kəkələyə nəyisə deyirdi.
ÇOX HÖRMƏTLİ TƏRANƏ XANIM SİZ ÖZ ANANIZIN BELƏ EVDƏ YAŞAMASINA DÖZƏRDİNİZMİ?
Təranə xanım cavab verdi ki, gərək icra başçısına bu günə kimi məlumat veriləydi.
Nəyisə, əsas məsələ şəhid anasının probleminin həlli olduğu üçün, bir gün gözlədim ki, bəlkə məsələ öz həllini tapmasa da, heç olmasa şəhid anasına baş çəkərlər. Əlaqə saxlamaq üçün Təranə xanıma telefon etdim, açmadı, sms yazdım cavab vermədi.
Doğrusu Ağstafa rayon rəhbərliyinin başına gələnlərdən sonra düşünürdüm ki, bəzi məmurlara dərs olub. Ancaq əminliklə deyirəm ki, əsla belə deyil, heç kim heç nədən qorxmur, Vəssalam.
Sonda Azərbaycan Jurnalistlər Və Yazıçılar Birliyinin üzvü, Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin sədri kimi cənab Prezident İlham Əliyevə müraciət edirəm: Cənab Prezident sizin daxili və xarici siyasətinizi dəstəkləyən və xüsusən də, xarici ölkələrdə təbliğ edən bir ziyalı kimi sizə müraciət edirəm. Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov kimi məmurlar, xalqı öz dövlətindən narazı salırlar. Vətən torpaqlarında qəhrəmancasına şəhid olmuş nər oğullarımızın anası ilə, on il ərzində bir nəfər belə dövlət rəsmisi maraqlanmırsa, bu sizin siyasətinizə ziddir. Bəlkə də, bəzi icra başçıları Əli İnsanov kimi naxələf çıxmaq üçün məqam gözləyirlər. Əks təqdirdə həmin şəhidlərin qanı bahasına qurulan Müstəqil Azərbaycan dövlətinin sakinlərinə belə diqqətsizlik göstərməzdilər. Sizdən bir ziyalı kimi Tovuzda baş verənlərin araşdırılmasına tapşırıq verməyinizi xahiş edirəm.
Cənab Prezident Azərbaycan Xalqı Sizi Sevir, Sizi Dəstəkləyir.
Əlmaniz Ələkbərli.
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin üzvü.
2 684