ƏLMANİZ ƏLƏKBƏRLİ: İLİN JURNALİSTİ SEÇİLMƏK-BUNDAN SONRA İŞLƏMƏK ÜÇÜN İKİQAT MƏSULİYYƏT TƏLƏB EDİR.
Diaspor info saytının verdiyi xəbərə görə, bu günlərdə saytın təsisçisi və baş redaktoru Əlmaniz Ələkbərli “İlin Jurnalisti” seçilib. “Azərbaycan Ukrayna Beynəlxalq Alyansı” uzun müddət keçirdiyi sorğudan sonra, idarə heyətinin qərarını açıqlayıb. Belə ki, keçirilmiş sorğudan sonra Azərbaycan jurnalistlər və yazıçılar birliyinin üzvü, “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri Əlmaniz Ələkbərli “İlin Jurnalisti” adına layiq görülüb. Müxbirlərimiz yenicə Ukraynadan vətənə dönən Ə. Ələkbərli ilə görüşüblər.
Sual: İlin Jurnalisti tituluna layiq görüləcəyinizi gözləyirdinizmi?
Cavab: Bilirsinizmi hər bir peşə sahibi, o cümlədən də, jurnalistlər onların əməyinə layiqli qiymət verilərkən daha da, məsuliyyətli, mən deyərdim ikiqat məsuliyyətli olurlar. Mənim, xüsusən də, diaspor sahəsində fəaliyyətim hər kəsin gözü qarşısındadır. Tam səmimi deyirəm, ömrüm boyu çalışmışam düzü-düz, əyrini də ki, əyri deyim. Bu xasiyyət mənə həyatda çox problemlər yaratdığı kimi işimdə də, problemlər yaradır. Axı tənqidi heç kim sevmir. Kimi tənqid edirsənsə dərhal əl atır şərə-böhtana. Əgər öz işində dönüş yaradarsa, mən qısa zamanda həmin sahədən yaxşı yazılar yazıram, yəni heç vaxt şəxsi problemimi işimə qatmıram, yetər ki, işləsinlər. Jurnalist təcrübəmdə belə faktlar yüzlərlədir.
O ki, qaldı “Azərbaycan Ukrayna Beynəlxalq Alyansına”, hansı ki, məni ilin jurnalisti etdilər, bu mənim üçün çox gözlənilməz və qürurvericidir.
Heç kim məndən inciməsin, bəzən elə adamlar olur ki, nə adını yaza bilir, nə də ki, vətənpərvərliyi var, bununla yanaşı cibində möhür gəzdirərək deyir ki, mən diaspor sədriyəm.
Hətta elələri də, vardır ki, atdıqları səhv addımlara görə yaşadıqları ölkə ilə Azərbaycan arasında problemlər belə yaradır.
Bildiyimiz kimi Azərbaycan Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədovun uzun illər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təhlükəsizliyinin qorunmasında xidmətləri olub. Xüsusi Dövlət Mühafizə Xidmətində ən yüksək postlardan birini tutan Elmar Məmmədov, bu gün dövlətə sədaqəti ilə çoxlarına nümunədir. Onu Ukraynada tanımayan və qəbul etməyən Dövlət qurumu demək olar ki, yoxdur.
İstər dövlət qurumları, istər dini rəhbərliklər, istər də diaspor təşkilatları Elmar müəllimlə asanlıqla əməkdaşlıq edirlər. Görünür Ümummilli lider Heydər Əliyevin məktəbini keçməsi hər addımda ona kömək edir.
Loru dildə desək əsil Çekistdir.
Baxın belə bir insanın rəhbərlik etdiyi qurum da, heç vaxt şəffaflıqdan kənara çıxmadığı üçün, onların məhz mənim işimə verdikləri bu yüksək qiymətə görə çox sevindim.
İlin Jurnalisti mükafatının təqdimat mərasiminin Azərbaycan Yazıçılar Birliyinin inzibati binasında təşkili isə, daha da, ürəyimcə oldu. Bilirsiniz ki, mən, beş kitab müəllifiyəm.
Və mükafatı Azərbaycan Yazıçılar Birliyinin katibi, dünya şöhrətli yazıçı, Çingiz Abdullayevin mənə təqdim etməsi özü də, bir xoş hadisə oldu.
Həmçinin tədbirdə Azərbaycan üçün böyük işlər görmüş Moldovalı keçmiş Ombudsman Aureli Qriqori də, iştirak edirdi.
Bu hadisəyə qısqanclıqla yanaşmayaraq onu işıqlandıran bütün həmkarlarıma təşəkkürümü bildirirəm.
Diaspor info
Bakı.
743