ZAKARPATYE VİLAYƏTİ BİRLƏŞMİŞ AZƏRBAYCANLILARI KONQRESİ 20 YANVAR FACİƏSİNİ QEYD EDİBLƏR.
Diaspor info saytının Ukrayna bürosu xəbər verir ki, Ujqorod şəhərinə toplaşan soydaşlarımız "Qanlı 20 yanvar faciəsini" qeyd ediblər. Bu barədə saytımıza bölgədəki Azərbaycan diasporunun sədri Zahid Hüseynov xəbər verib.
Zahid müəllim bildirib ki, Zakarpatye vilayəti birləşmiş azərbaycanlıları konqresi Qanlı yanvar hadisəsini bütün vilayət diaspor fəalları ilə birgə qeyd ediblər.
Zahid müəllim bildirib ki, 19 yanvar Azərbaycan diasporasının fəalları ilə birgə rəsmi tədbir keçirilib. Tədbirdə 20 yanvar gecəsi xalqımızın başına gətirilən müsibətlərlə bağlı sənədli filmə baxılıb. Çıxış edən fəallar Sovet imperiyasının Azərbaycan xalqına divan tutmasından danışıblar.
Ertəsi günü imkansız soydaşlarımızın da qatıldığı ehsan süfrəsi öncəsi şəhidlərimizin ruhuna dualar oxunub. Bölgənin Dini lideri Zaman müəllim də tədbirdə çıxış edərək, qan tökülməni pisləyib və Şəhidlərimizin ruhuna "Qurani Kərimdən" bir neçə ayələr də oxuyub.
diaspor info
Ukrayna bürosu