ƏLMANİZ ƏLƏKBƏRLİ:-2020-ci ilin Naxçıvanda “İxrac ili” Elan Edilməsi, Muxtar Respublikanın Dünyada Daha Yaxşı Tanınmasına Da, Xidmət Edəcəkdir.
Məlum olduğu kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 6-da Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin “İxrac ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Diaspor info saytının Ukrayna bürosu Naxçıvanla bağlı olan bu qərarı, əslən Naxçıvan MR-nın Kəngərli rayon Qıvraq qəsəbəsindən olan, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin Üzvü, “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri Əlmaniz Ələkbərli ilə həmsöhbət olublar.
Sual: 2020-ci ilin “İxrac ili” elan edilməsi Muxtar Respublikaya nələr verəcək?
Cavab: Əvvəla onu deyim ki, Naxçıvan MR-ı Ali məclisinin sədri Vasif Talıbov cənablarının bu sərəncamını, qürbətdə yaşayan digər
Naxçıvanlılar kimi mən də alqışlayıram. Bilirsinizmi, ən azından “2020-ci ilin Naxçıvanda “İxrac ili” Elan Edilməsi, Muxtar Respublikanın Dünyada Daha Yaxşı Tanınmasına da, Xidmət Edəcəkdir.” İqtisadi cəhətdən isə, doğma diyarımız günü-gündən etdiyi inkişafın tempini biraz da artıracaqdır. Əhalinin vəziyyəti daha da, yaxşılaşacaq, yeni iş yerləri açılacaqdır. Hələ uşaq vaxtlarında böyüklərdən eşidirdik ki, Naxçıvanın “Sirabını” hansısa sosialist ölkələrə ixrac edirdilər. SSRİ məkanında “Badamlı” “Sirab” “ Naxçıvan Duzu” çox məşhur olub.
Sual: Necə düşünürsünüz, Naxçıvan məhsulunu ixrac edərkən onun tanınması üçün hər hansı bir addım atmalıdırmı?
Cavab: Əlbəttə, hesab edirəm ki, məhz tanıtım etmək uğur qazanmaq üçün görülən işin yarısıdır. Bütün dünyanın inkişaf etmiş dövlətləri belə, hər hansı bir məhsulu əvvəlcə tanıdır, daha sonra onun ixracına başlayır. Mən hesab edirəm ki, bu işdə “QHT”-nın rolu böyük olacaqdır. Xüsusi layihələr hazırlanmalı və təbliğat maşını işə düşməlidir.
Mən hesab edirəm ki, “Super” və “Qiper” marketlərin girişlərində Naxçıvan məhsulu adlı kiçik guşələr yaradılarsa və həmin guşələrdə Naxçıvan məhsulları reklam olunarsa, hətta həmin məhsulların dadına baxmaq imkanı verilərsə, çox yaxın bir tarixdə Muxtar Respublikanın məhsulları Ukrayna bazarına sərbəst daxil ola bilər. Bizdə elə meyvə və giləmeyvələr, vəyaxud can dərmanı olan otlar vardır ki, dünyada onların bərabəri yoxdur, xüsusilə dadı ilə seçilən məhsullarımız daha çoxdur. Bax bunların təbliği mütləqdir.
Sual: Başqa necə təbliğ etmək olar ki, ixracımız daha da artsın?
Cavab: Naxçıvanla bağlı kiçik roliklərin çəkilməsi, yəni məhsulun harada yetişdirilməsi, qablaşdırılması və nə qədər ekoloji təmiz məhsul olması haqqında video-məlumatı, satılması nəzərdə tutulan ölkələrin KİV-də reklam olunması.
Aldığm məlumata əsasən bu gün Naxçıvanda dünya bazarına çıxarılacaq məhsul yetərincədir. Hətta Naxçıvan (NAZ) istehsal etdiyi öz avtomobilini belə, keyfiyyətinə görə dünya bazarına çıxara bilər.
Bu gün Naxçıvan Muxtar Respublikasında 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir.
Təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən daha müasir formada davam etdirilən daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan hərtərəfli inkişaf edir.
Naxçıvan MR-ı Ali məclisin Sədri Vasif Talıbov cənablarının yorulmaz və fədakar əməyinin nəticəsidir ki, Naxçıvan dünyanın ən təhlükəsiz, sabit və inkişaf etmiş şəhərlərindən biridir.
Bu gün Naxçıvanda həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirib, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılıb, yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib.
Şəxsən mən sonuncu dəfə Naxçıvanda olarkən əlli çeşiddə Naxçıvan məhsullarından alıb, Ukraynalı dostlarıma hədiyyə etdim.
Hesab edirəm ki, Ali məclis sədrinin bu sərəncamı dəstəklənməli və bizlər də, daxil olmaqla bütün soydaşlarımız əməli iş görülməsində iştirak etməlidirlər.
Bu iş həm Naxçıvana, həm də, Azərbaycanımıza yalnız xeyir gətirə bilər.
Diaspor info
Kiyev
769