NAXÇIVANLILAR SƏDAQƏTLİ RƏHBƏRƏ YENİDƏN ETİMAD GÖSTƏRDİLƏR.
Diaspor info saytı “Nuhçıxan”az informasiya agentliyinə istinadən xəbər verir ki, Naxçıvan MR-sı Ali məclisi ilk sessiyasını keçirib.
Fevralın 24-də keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Vasif Talıbov yenidən Ali Məclisin Sədri seçilib. Bu seçim həm də fevralın 9-da keçirilən parlament seçkilərində seçicilərin böyük etimadını qazanaraq ölkə üzrə namizədlər arasında ən yüksək nəticə göstərən (94,6 faiz) cənab Vasif Talıbova muxtar respublika sakinlərinin dərin inam və etimadının növbəti təzahürü kimi yadda qaldı.
Diaspor info saytının Ukrayna bürosu “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin “ sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin Üzvü, 2019-cu ildə “İlin Jurnalisti “ mükafatının qalibi Əlmaniz Ələkbərli ilə həmsöhbət olublar. Əlmaniz müəllim son dövrlərdə Azərbaycan Respublikasında gedən həm siyasi, həm də iqtisadi islahatlara da toxunub: Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ciddi islahatlar aparır və bu dünya tərəfindən çox yüksək səviyyədə qəbul olunur. 9 fevral Respublikada keçirilən Parlament seçkiləri və Naxçıvan MR-sı Ali məclisinə keçirilən seçkilər azərbaycanda demokratiyanın günü- gündən inkişaf etdiyinin şahidi olduq. Azərbaycanın bir çox bölgələrində seçki zamanı çox ciddi neqativ hallar, problemlər ortaya çıxdı. Lakin Naxçıvan MR-sı həmişə olduğu kimi bu sınaqdan da, alnıaçıq çıxdı. Bu gün aldığım məlumat isə məni daha da, sevindirdi. Belə ki, Naxçıvanlılar yenidən öz sədrinə etimad göstəriblər. Mən əvvəl də, yazılarımda qeyd etmişdim. Bəlkə də, buna qısqanclıqla yanaşılacaqdır. Ancaq bu belədir, harada yaşamasından asılı olmayaraq, Naxçıvanlıdan Vasif Talıbov haqqında söz soruşan zaman Sədrimiz sözünü işlədirlər. Sanki Ukraynada yaşayan bir vətəndaşın da, rəhbəri Sədrdir. Bəli, bu belədir, buna qısqanclıqla yanaşıla bilər, ancaq Naxçıvan əhalisi öz sədrini sevir və ona hörmət edir. Bu gün bunun bir daha şahidi olduq. Mən o torpağın yazar oğlu kimi Vasif Talıbovda hansı keyfiyyətləri görür və ona rəğbət bəsləyirəm. İlk öncə Ümummilli liderimizə, onun siyasətinə və cənab Prezidentə olan Sədaqət.
1995-ci illərdə Naxçıvan blokada şəraitinin ağır vaxtlarını yaşayan dövrdən cənab sədr Naxçıvana rəhbərlik edir. Çətinlikləri Naxçıvan camaatı ilə birgə yaşayan və birgə də, bu vəziyyətdən alnıaçıq çıxan Vasif Talıbov cənablarının səyi nəticəsində Naxçıvan artıq öz məhsullarını ixrac etməyə başlayıb. Xatırladım ki, Naxçıvan bu gün də, blokada şəraitində yaşayır.
Oxucular üçün daha aydın olsun deyə bəzi məqamları xüsusi vurğulamaq istəyirəm. Naxçıvanda elektrik enerjisinin belə gün ərzində bir neçə saat istifadə etmək imkanı olan insanlar bu gün istehsal etdiyi məhsulu xarici ölkələrə satır. Neqativ hallar dünyanın hər yerində var, o cümlədən Naxçıvanda da, olub. Sədrin müdrikliyi orada olub ki, qarşıya çıxan neqativ hallar dərhal yerindəcə həll edilib. Yaxşı yadımdadır, fərdi təhsillə bağlı ciddi bir siqnal olmuşdur. Cənab sədr bu məsələni öz nəzarətinə götürərək əsaslı bir qərar qəbul etdi. Demək olar ki, neqativ hallara yol vermiş təhsil şöbə müdirləri və Naxçıvanın Təhsil naziri də işdən çıxarıldı. Naxçıvan hələ on il bundan əvvəl cavan kadrlara yer verdi, gənc icra başçıları vəyaxud da, nazirlər fəaliyyətə başladılar. Odur ki, bu gün Naxçıvanlılar Sabitliyə, İnkişafa, Vətənpərvərliyə, ən nəhayət Dövlətə Sədaqətə səs verdilər.
Mənim, hörmətli sədrimizin atdığı bir çox addımlar zamanı özünün nümunə olması da, diqqətimi çəkib. Dini mərasimlər, istər qəbirstanlıqda salınan məqbərələr və s. bu kimi sahələrdə aparılan islahatlar zamanı cənab sədr ilk öncə özü camaatına nümunə oldu.
Bu yaxınlarda Naxçıvanlı bir tələbə ilə söhbət edirdim.Mənə deyir ki, cənab sədrimiz hamıya, bütün camaatımıza, o cümlədən biz tələbələrə də, atalıq qayğısı göstərir. P. Abbasova adlı gənc xanım deyir ki, oxumaq üçün müəyyən çətinliklərim var idi, bəlkə də, təhsilimi yarımçıq qoya bilərdim. Son ümid yeri kimi ağsaqqalımıza məktub yazdım və mənim problemim qıssa müddətdə öz həllini tapdı.
Naxçıvan və Naxçıvanlılar haqqında ətraflı yazmağa ehtiyac bilmirəm, çünki hamı bilir ki, Naxçıvan əhalisi yaşadığı coğrafi məkana uyğun olaraq daha çox siyasətlə məşğul olurlar. Əgər cənab sədr Naxçıvan üçün yorulmadan xidmət etməsəydi, bu gün ona yenidən etimad göstərilməzdi. Naxçıvanlılar sədaqətli insanları çox sevir və dəyər verirlər. Bu gün Naxçıvanda rəhbərlə xalqın birliyi sarsılmazdır.
Seçkilər günü mən də Azərbaycanda oldum. Göygöl rayonunda olduğum zaman çox ciddi saxtakarlıqlarla rastlaşdım. Lakin doğmalarım vasitəsilə Naxçıvanla canlı əlaqə qurdum. Açığını desəm oradan aldığım cavab məni çox təsirləndirmişdir. “Naxçıvanda heç kimi təbliğ etəyə ehtiyac yoxdur, Görünən dağa nə bələdçi”. Bax məhz görülən işlər, aparılan sağlam islahatların nəticəsidir ki, Naxçıvanda neqativ hallara əl atılmır. Bu həm də, cənab Prezidentə sədaqətin bir nümunəsidir.
Bu günlərdə Balakən rayon icra hakimiyyətinin rəhbər işçilərindən biri, Arxitektor Əmir Vəliyevlə təsadüfi görüşümüz oldu. Əmir müəllim deyir ki, ilk dəfə özüm Naxçıvana gedən zaman düşünürdüm ki, blokada şəraitində yaşayan bir yerdir, görəsən yaxşı bir otel tapa biləcəyəmmi?
Əmir müəllim gördüklərindən o qədər xoş hal olub ki, hər il Qax, Zaqatala və Balakən rayonlarından Naxçıvana gəzmək, istirahət etmək üçün insanlar göndərir. Deyir ki, hərdən özüm də qorxuram ki, Naxçıvana gözümüz dəyər. Hər dəfə göndərdiyim qonaqlar gəlib mənə minnətdarlıq edir və deyirlər ki, Naxçıvan MDB dövlətlərinin Avropasıdır. Əmir müəllim Naxçıvanda olan qayda-qanundan, taksi, avtobus sürücülərinin xüsusi forma geyinməsindən o qədər ağız dolusu danışır ki, istər-istəməz qürur duyursan. Bütün bu kimi yaradılanlara görə, bizə, kənarda yaşayan Naxçıvanlılara fəxr hissini yaşatdığına görə Sədrimizə ayrıca təşəkkür edirik.
Bəli, Naxçıvan Azərbaycanın Avropasıdır, yerləşdiyi coğrafi ərazi isə çox həssasdır. Naxçıvanda aparılan ordu quruculuğuna görə də, cənab sədrimizə minnətdarıq. Naxçıvanda hüquq-mühafizə orqanlarının necə dəqiq və nümunəvi işləməsi, xüsusilə son vaxtlar Azərbaycan polisinə ləkə yaxanlar belə, Naxçıvan polisi haqqında danışmırlar.
Hesab edirəm ki, Naxçıvanın bugünkü inkişafı cənab sədrin rəhbərliyi ilə aparılan islahatlar ona görə özünü doğruldur ki, Naxçıvanda qarşıya çıxan problemi kökündən həll edirlər, sabaha saxlamırlar.
Ukrayna Azərbaycanlıları adından Vasif Talıbov cənablarını yenidən Naxçıvan Ali Məclisinin sədri seçilməsi münasibəti ilə ürəkdən təbrik edirəm.
Diaspor info
Kiyev