Yaponiyada yeni koronavirsla mübarizə çərçivəsində martın 27-dən başlayaraq “Tokyo Sky Tree” qülləsi xüsusi göy rənglə işıqlandırılır.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı müxbir məntəqəsinə qüllənin operatoru “Tobu Tower SKYTREE Co., LTD” şirkəti tərəfindən göndərilən məlumatda bildirilir. Qeyd edilir ki, “COVID-19” ilə mübarizədə bütün dünyanın həmrəyliyini nümayiş etdirmək üçün martın 27-dən aprelin 5-dək “Tokyo Sky Tree” qülləsi Yerin rəmzi olan mavi rənglə işıqlandırılacaq. Həmçinin bildirilir ki, qüllənin birinci baxış meydançasının altında lazer kartoqrafiyası vasitəsilə ingilis dilində “Together we can all wın!” (“Biz birlikdə qalib gələcəyik”) sözləri yazılacaq.
331