İsrailin səhiyyə naziri də koronavirusa yoluxub
İsrailin Səhiyyə naziri Jacob Litzman diaqnoz edilib və onun koronavirusa yoluxduğu müəyyənləşdirilib. Diaspor.info xarixi mətbuata istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, testlər Litzman və həyat yoldaşı üçün müsbət nəticə verib. Hər ikisi hazırda karantindədir. Qeyd olunur ki, eyni zamanda Litzman iş vəzifələrini də yerinə yetirməyə davam edəcəkdir.
Son məlumatlara görə, İsraildə 6 mindən çox vətəndaş koronavirusa yoluxub, onlardan 26 nəfər həyatını itirib.
Xatırladaq ki, mərkəzi Çində naməlum mənşəli sətəlcəm xəstəliyi 2019-cu il dekabrın sonunda məlum olub. Daha sonra mütəxəssislər xəstəliyin törədicisinin COVID-19 adlandırılan yeni bir koronavirus olduğunu təsbit ediblər. 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Bu günə qədər dünyada 911 mindən çox insan koronavirusa yoluxub, 45 mindən çox insan ölüb, 191 mindən çox insan sağalıb.
Müəllif: İnam Hacıyev