NAXÇIVANDA KARANTİNƏ ALINANLAR NAXÇIVANLILARIN QONAQPƏRVƏRLİYİNDƏN DANIŞDILAR.--FOTO
Məlum olduğu kimi dünyanı lərziyə gətirmiş Koronovirus pandemiyası nəticəsində sərhəd keçən bütün vətəndaşlarımız karantinə alınır.
Belə taleyi yaşayanlar arasında yüzlərlə tələbələr də vardır.
Onlardan bir qismi isə Türkiyədən Azərbaycana Naxçıvan MR-sı ərazisindən keçdiyi üçün burada karantinə alınıblar.
Duzdağ fizioterapiya mərkəzində yerləşdirilən tələbələrlə söhbətimiz zamanı çox maraqlı fikirlərə rast gəldik.
Əsas fikirlər Naxçıvan MR-sı rəhbərliyinin karantinə alınanlara ayırdığı xüsusi diqqət və qayğı oldu.
Tələbələr deyirlər ki, bizim burada darıxmamağımız üçün hər bir gəncə doğma adam kimi yanaşırlar
və biz belə isti və səmimi münasibəti heç yerdə görmədik.
Onlarla sosial şəbəkələrdə etdiyimiz canlı bağlantını video-lentə aldığımız
üçün onu oxucularımıza olduğu kimi çatdırırıq.
Diaspor info
Naxçıvan bürosu