Özünü təcridetmə rejiminin 2022-ci ilə qədər uzanacağı proqnozlaşdırılır
Yer sakinlərini bir neçə məcburi təcrid dalğası gözləyir. Diaspor.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Harvard Xalq Sağlamlığı Məktəbinin (ABŞ) tədqiqatçıları iddia edirlər.
Qeyd olunur ki, bu proqnoz, koronavirus epidemiyasını yalnız karantin tədbirləri ilə məğlub etmək mümkün olmaması, infeksiya dalğalarının və müvafiq olaraq vətəndaşlar üçün təcrid rejiminin sərtləşdirilməsinin mümkün olması ilə əlaqədardır. Alimlərin fikrincə, bu vəziyyət 2022-ci ilə qədər davam edə bilər.
Elm adamları COVID-19-un hərəkətlərini digər koronaviruslar HKU1 və OC43 ilə müqayisə ediblər. Hesablamalar göstərir ki, karantin ləğv edildikdən sonra payız və qışda təkrar canlanma ola bilər.
Müəllif: İnam Hacıyev