Putin və Makron görüş ehtimalını müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronla video konfrans şəklində BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin liderlərinin işçi görüşünün təşkili imkanlarını müzakirə edib. Diaspor.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, söhbət əsnasında Rusiya Federasiyası və Fransa rəhbərləri "neqativ sosial-iqtisadi nəticələrin minimuma endirilməsinə" yönəlmiş tədbirlər daxil olmaqla, ölkələrdə koronavirusla mübarizə istiqamətində görülən tədbirlər barədə bir-birlərini məlumatlandırıblar.
Bundan əlavə, Makron Fransa vətəndaşlarının vətənlərinə qaytarılmasında və tibbi ləvazimat və avadanlıqların Rusiya ərazisi ilə Fransaya daşınması üçün yaradılan şəraitdə göstərdiyi köməyə görə Rusiya Federasiyasının Prezidentinə təşəkkür edib.
"İkitərəfli əməkdaşlığın inkişaf dinamikasını qorumaq üçün əhval-ruhiyyə ifadə edildi", deyə Kremlin açıqlamasında bildirilir.
Müəllif: İnam Hacıyev