Paşinyan böyük qorxu içində…
Dünyanın başı koronavirusa qarışıb, indi savaş başlasa, Azərbaycanı dayandıran olmayacaq
Saxtakarlıq, yalan danışmaq ermənilərin qanındadır Bu fikir siyasətçilər və dahilər tərəfindən dəfələrlə deyilib və sübut edilib. Əslində, bu, çoxları üçün yenilik olmasa da, erməni baş nazir Nikol Paşinyan üçün hələ də anlaşılmazdır. Küçə "emokratı"nın yalyanlar üzərində qurduğu utopik xəyalarını erməni xalqının başına yeridərək Ermənistanı "inkişaf etmiş ölkələr sırasına çıxaracığı" vədləri elə vədlər olaraq qaldı. Verilən vədlərə və yalanlara diqqət yetirək: Paşinyan deyirdi ki, "2019-cu ilin sonuna qədər Ermənistan iqtisadi artım baxımından ilk onluğa daxil olmasa da ilk 15 ölkə arasında yer alacaq". Bu sözləri Nikol erməni sahibkarlar üçün yeni il qəbulu zamanı bəyan etmişdi. Söylədiyi yalandan cuşa gələn baş nazir Ermənistanın başa çatmaqda olan ildəki göstəricilərinin, nəinki Cənubi Qafqazda, hətta dünya ölkələri arasında da "rekord" qırdığını bildirirdi. "Novosti Armeniya" saytı Paşinyanın fikirlərindən sitat gətirib: "Ermənistan tərəfindən həyata keçirilən "bu uğur" nəinki Avrasiya İqtisadi Birliyi, hətta MDB ölkələri arasında ilk göstəricidir. Mən yüksək ehtimalla, iqtisadi artım baxımından Ermənistanın Avropada liderlər sırasında olacağına da şübhə etmirəm".
"Ermənistanın Aqrar-Kəndli Birliyi" adlı QHT-nin sədri Qraç Berberyan isə bildirib ki, Paşinyanın hakimiyyəti dövründə buğda bitkilərində 30 faiz azalma qeydə alındığını bildirən QHT sədri son bir ildə kartof istehsalının da azalmağa davam etdiyini bildirib. Burada daha maraqlı nüanslardan biri də ölkədəki kadrlarla bağlıdır. Belə ki, Berberyan ölkədəki bütün uğursuzluqları Paşinyanın təyin etdiyi səriştəsiz kadrların yarıtmaz fəaliyyətində axtarmağı məsləhət görüb.
Lakin Paşinyan Azərbaycan iqtisadiyyatı, maliyyə imkanları qarşısında olan reallığı hələ də anlamır. Xüsusilə də, koronavirus işğalçı ölkədə yayılması və faktı Paşinyanın gizlətməsi, sözün əsl mənasında Ermənistanın çöküşünü daha sürətli hala gətirir. Hətta o da məlumdur ki, Ermənistanda koronavirusun yayılması artıq nəzarətdən çıxıb.
Vigen Akopyan: "Bizi qarşıda əsl iqtisadi fəlakət gözləyir”
Ölkənin səhiyyə naziri Arsen Torosyan Ermənistan parlamentinin səhiyyə komitəsinin iclasında çıxışı zamanı faktı etiraf edib: "Deyə bilmərik ki, bizdə koronavirusun yayılması dayanıb. Əgər əvvəllər bir mənbədən 50 yoluxma halı baş verirdisə, indi biz 10 və ya 20 mənbədən 16, 20, bəzən də 30 yoluxma halı ilə qarşılaşırıq. Bu da onu deməyə əsas verir ki, koronavirusun yayılması nəzarətdən çıxıb”.
Elə polittexnoloq Vigen Akopyan da vəziyyətin yaxşı olmadığını bildirib. Qeyd edib ki, indiki halda Ermənistan hakimiyyəti harada olduğu və hara getmək istədiyi barədə sistemli anlayışa sahib deyil. O bildirib ki, hakimiyyət nəsə etmək istəyir, qabaqlayıcı tədbirlər görməyə çalışır, amma hazırda situasiya mövcud siyasi kursun əleyhinədir. Akopyanın sözlərinə görə, ölkədə fövqəladə vəziyyət elan edilib, karantin var, amma vəziyyətə nəzarət mümkün olmur: "İstər insanları evdə saxla, istər saxlama, fərqi yoxdur, bu, anlaşılmaz bir vəziyyətdir. Sistemli mexanizmin olmadığına məmurların açıqlamaları da şahidlik edir. Paşinyan bir söz deyir, komendant başqa söz, səhiyyə naziri isə bir ay öncə tam başqa tərəfdə idi, indi əksinədir və ümumiyyətlə, o, nə vaxt adekvat olub ki! Bu halda Ermənistanın sosial-iqtisadi durumunun daha da ağırlaşması müşahidə olunur. Bir şey aydındır ki, biz itirəcəyik. Biz hələ ən ciddi krizisi hiss etməmişik. Mən o fikirlə tam razıyam ki, bizi qarşıda əsl iqtisadi fəlakət gözləyir”.
Qeyd olunur ki, bu halda ordunun təminatında yaranacaq problemlər Ermənistanın təhlükəsizliyinə də birbaşa təsir edəcək: "Ən çox narahatlıq yaradan məqamlardan biri də Qarabağ münaqişəsi ilə bağlıdır. İndiki halda məsələ hərbi həll müstəvisinə keçsə, problemlər çox olacaq. Azərbaycan yenə güc nümayiş etdirir. Dünyanın başı isə koronavirusa qarışıb və məni narahat edən budur ki, indi savaş başlasa, ona diqqət yetirən, beləliklə də Azərbaycanı dayandıran olmayacaq”.
Eməni ekspert Alen Qulyan da xatırladır ki, Azərbaycan Silahlı Qüvvələri cəbhə xətti yaxınlığında yerləşən təlim sahələrində 3-4 gün ərzində hərbi təlimlər keçiriblər. Ekspert qeyd edib ki, əvvəllər snayper təlimləri keçirirdilərsə, indi artıq artilleriya, tanklar və aviasiya tətbiq edirlər: "Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti tərəfindən yayılmış məlumatlardan məlum olub ki, aprelin 9-da T-90 tankları, D-20, D-30 və "Qiatsint-B” özüyeriyən haubitsaları ilə təlimlər keçiblər. Bundan başqa, aprelin 9-da hərbi aviasiya da tətbiq ediblər.
Paşinyana vurulan ən ağır zərbə - Azərbaycanın qüdrətli realllığı…
Ancaq Paşinyan bu qüdrətli reallığı görməsə də, Azərbaycan Prezidenti ona dəfələrlə dərk etdirib. 1962-ci ildən keçirilən Münxen Təhlükəsizlik Konfransı
dünyanın ən nüfuzlu dialoq platformalarından biri sayılır. Belə bir önəmli tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın hökumət başçısına tarixi dərs verdi. Prezident İlham Əliyev çıxışında Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər tarixi əraziləri, ö cümlədən İrəvanla, həmçinin Ermənistanın bir dövlət olaraq formalaşdırılması ilə bağlı tarixi faktlara söykənən tarixi çıxışı Paşinyanın yalanlarını darmadağın etdi. Və bu debatda, sadəcə, Ermənistanın baş naziri deyil, bütövlükdə erməni təbliğat maşını dünyanın gözü qarşısında Azərbaycan Prezidentinə məğlub olduğunu bir daha sübut etdi.
Aqası Yenokyan: "Artıq iki ildir ki, Paşinyan dövlətin içində günahkar axtarır"
Qeyd edək ki, Paşinyannı məğlubiyyətini işğalçı dövlətin içində olan siyasətçilərlə yanaşı erməni xalqı da artıq Nikolun hakimiyyətdə olduğu müddətdə bir daha şaşidi olduqlarını bildirirlər.
Politoloq Aqası Yenokyan Paşinyanın aprelin 17-də Facebook səhifəsində canlı efirinə münasibət bildirərkən deyib: «Artıq iki ildir ki, Nikol Paşinyan göstərir ki, dövlət idarəçiliyində ən vacib şey günahkar axtarmaq və yalan danışmaqdır və indi məmurlar bunu onun öz başında tətbiq edirlər. Belə ki, internetdəki çıxışdan bir gün sonra canlı yayım qarşısında edilən və yayım üçün nəzərdə tutulmayan bir video ortaya çıxdı. Paşinyanın çıxışı Birinci kanalda canlı yayımlanıb və o, açıqlama verərək bildirib ki, İctimai Televiziya Ermənistan hökumətinin təkidi ilə açıq rabitəni təmin edib və bir neçə teleşirkətin xidmətindən yararlanıb. Öskürək videosu ilə əlaqədar olaraq demək istəyirəm ki, hər kəs öz məsuliyyətini hiss edir və başqalarını günahlandırır. Bir sözlə, hamı yalan danışır. Artıq iki ildir ki, Nikol Paşinyan dövlət idarəetməsində ən vacib şeyin günahkarları və yalanı axtarmaq olduğunu göstərdi. İndi onun böyük və kiçik məmurları bu üsulu kəşf edərək onun başında sınayırlar. Və bu metodun işləyəcəyinə inanırlar, çünki səlahiyyətlilərin dövlət idarəçiliyində onlara öyrətdikləri budur”.
Ən gülünc doğuran məsələ isə separatçı rejimin yeni “rəhbəri” Araik Arutunyan özünün “kompromissiz” siyasətçı obrazınınin ilkin dizaynını erməni ictimai fikrinə calaq etmək məqsədilə bir qədər də irəli gedərək siyasi diversiya hesab olunan açıqlama ilə çıxış etməsidir. Belə ki, separatçı “lider”in siyasi sayıqlamasına əsasən, qondarma “DQR” münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin bütün mərhələlərində tamhüquqlu iştirakçı olmalıdır və onun “xalq “ının müqəddəratının təyin edilməsindən öncə tənzimlənmə prosesi ilə bağlı heç bir variant müzakirə predmeti ola bilməz”.
Qondarma rejimin rəhbəri oz siyasi sayıqlamalarında hətta bir qədər də irəli gedərək, Azərbaycanın mümükün hücüm əməliyyatlarına qarşı qeyri-mütənasib əks zərbə endirəcəklərini və bu əməliyyatları qarşı tərəfin ərazisinə keçirəcəklərini də dilinə gətirməkdən çəkinməyib. Bu yerdə xalqımızın “ac toyuq yuxusunda darı görər” misalını xatırlamamaq olmur.
Beləliklə, təxminən 2 ay sonra Ermənistanda iqtisadi fəlakət səviyyəsində kataklizmlərin olması labüd görünür. Bu halda Nikol Paşinyanın yubanmadan təxirəsalınmaz addımlar atması tarixi zərurətə çevrilər. Daha doğrusu, Nikol Paşinyanı siyası intiharını şərtləndirə bilər. Başqa sözlə, bu halda işğal altındakı Azərbaycan torpaqlarını geri qaytarılması və bunun qarşılığında Ermənistanın ilk addım olaraq ağır blokada vəziyyətindən çıxarılması onun məhvdən hifzinin yeganə çarəsi ola bilər. Ermənistan rəhbərliyi bu haqda dərindən düşünməli və obyektiv nəticələr çıxarmalıdır. Sonra gec ola bilər.
Gec olacağı təqdirdə ikinci variant-müharibə versiyası alternativsiz görünür. Ermənistan tərəfinin koronavirus pandemiyasının yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində bu varianta əl atması, yəni “kiçik müharibə”yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdın yayındırması istisna olunmur. “Böyük depressiya”nın təcrübəsi göstərir ki, ölkədə iqtisadiyyatın çokməsi millətçilik dalğasının yüksəlməsinə və “xarici düşmən” axtarışlarının intensivləşməsinə, əgər o varsa bu istiqamətdə avantürüst davranışlararın artmasına rəvac verir.
Beləliklə, bütün bu baş verənlər belə bir qənaətə gəlməyə imkan verir ki, COVİD-19 pandemiyasının təsiri altında Ermənistanın postpandemiya dövrü daha ağır və kəskin kataklizmlərlə müşayiət oluna bilər. Nəticədə Ermənistanın heç zaman olmadığı səviyyədə “qırğı” qiyafəsinə girməsi gözləniləndir. Bəlkə də, postpandemiya dövrünwn başlanması ilə Ermənistanda yenidən inqilab mehi əsə bilər. Və bu dəfə “məxməri” olmaya da bilər. Lakin çox yənin ki, sadə erməni xalqı bu səhvləri Paşinyana bağışlamayacaq. Çünki dünyanın başı koronavirusa qarışdığı bir vaxtda savaş başlasa, Azərbaycanı dayandıran olmayacaq. O zaman Paşinyanın sonrakı peşimançılığı fayda verməyəcək. Necə deyərlər daldan atılan daş…erməni xalqına növbəti zərbə olacaq!!!
A.SƏMƏDOVA