"Bu dəfə bəzi Ramazan ayinlərini təxirə salsaq normal həyata daha tez qayıdacağıq” - Türkiyənin Səhiyyə naziri
“24 apreldə Ramazan ayı başlayır. Xüsusilə oruc tutanların Ramazan günlərində qələbəlik yaratmalarını, iftar süfrələri, toplam Ramazan söhbətlərini gələn ilə saxlamalarını tövsiyə edirik”.
Diaspor.info xəbər verir ki, bu barədə bu gün yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar Türkiyədə yaradılan Elm Qurumunun toplantısından sonra açıqlama verən Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir deyib ki, Türkiyədə koronavirusla əlaqədar normal həyata qayıtmaq qaydalara düzgün riayət etməkdən asılıdır: “Ramazanın özünəməxsus hərəkətliliyini nəzərə alıb, bu dəfə bəzi Ramazan ayinlərini təxirə salsaq normal həyata daha tez qayıdacağıq”.