"Co Baydeni dəstəklədiyimi qürurla elan edirəm" Nensi Pelosi
ABŞ Palatasının spikeri Nensi Pelosi ABŞ prezident seçkilərində Co Baydeni dəstəkləyəcəyi ilə çıxış edib. Diaspor.info xarici mətbuata istinadən xəbər verir ki, videomüraciət “The Hill” qəzetinin YouTube kanalında bir video mesajında olub.
"Bu gün mən ABŞ prezidentliyinə namizəd olaraq Co Baydeni dəstəklədiyimi qürurla elan edirəm. O, işində nəticələrə necə nail olmağı bilir və görkəmli prezident olacaq", deyə Pelosi bildirib.
Pelosi həmçinin Baydenin ABŞ-da COVID-19 yayılmasının nəticələrinin öhdəsindən gələ biləcəyinə inandığını da etiraf edib. "Koronavirusla qarşı-qarşıya olduğumuz halda, Co Bayden, böhranı aradan qaldırmağın aydın yolunu bilən ağıl və çeviklik nümunəsidir", deyə Nümayəndələr Palatasının spikeri bəyan edib.
Xatırladaq ki, daha əvvəl Pelosi ABŞ prezidenti Donald Trampın ABŞ demokratiyasına təhdid olaraq qaldığını, "çünki o, qanundan üstün olduğunu və istədiyi təqdirdə seçkiləri poza biləcəyini israr etdiyini" də söyləmişdi.
Müəllif: İnam Hacıyev