"Gələcəkdə distant təhsil daha geniş tətbiq olunacaq" - NAZİR
"Koronavirus pandemiyası dövründə ali təhsil müəssisələrində distant təhsil daha da aktuallaşdı. İnanıram ki, bu, növbəti mərhələ üçün uğurlu bir təcrübə oldu. Gələcəkdə distant təhsil daha geniş tətbiq olunacaq". Bunu bu günNazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramov müxbirlərin suallarını cavablandırarkən söyləyib.
Nazir qeyd edib ki, pandemiyadan öncə də bəzi ali təhsil müəssisələrində distant təhsilə artıq start verilmişdi. Distant təhsildən ikili diplom proqramlarında da istifadə olunur.
366