ÜST-dən Trampa cavab: - Koronavirus laboratoriya məhsulu deyil
Ümumdünya Səhiyyə Təşkilatı ABŞ Prezidenti Donald Trampın yeni koronavirusun Çinin Vuhan şəhərində bir laboratoriyadan ortaya çıxması iddiasını rədd edib. Trump dünən verdiyi açıqlamada virusun Vuhandakı bir laboratoriyadan çıxdığına dair dəlil gördüyünü, lakin dəqiqləşmədiyini söyləyib. Diaspor.info bunu xarici KİV-lərə istinadən xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Proqram direktoru Mayk Rayan Donald Trampın yeni növ koronavirusun Çinin Vuhan şəhərində bir laboratoriyadan çıxdığına dair iddialarına "Bu virusun təbii mənşəli olduğuna əminik" deyə cavab verib.
Digər tərəfdən ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus ÜST-nin İsveçrənin Cenevrə şəhərindəki qərargahında video konfrans üsulu ilə mətbuat konfransı keçirib. Ghebreyesus koronavirusun zəif səhiyyə ölkələrinə təsirindən "ciddi narahat olduqlarını" qeyd edib. ÜST üç aydan sonra koronavirusun hələ də xalq sağlamlığı üçün təcili bir vəziyyət olduğunu bildirib.
ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus "Covid-19"- un səhiyyə sistemi zəif olan ölkələrdə sürətlə genişləndiyini söyləyərək, "Bunun potensial təsirindən ciddi narahatam" deyə qeyd edib.
Ghebreyesus "Biz ölkələri bütün əlaqələri aşkar etmək, müalicə etmək, təcrid etmək, sınaqdan keçirmək və izləmək üçün dəqiq tədbirlər paketini həyata keçirməyə çağırırıq" deyib.
Müəllif: Aysel Məmmədova