"İdman mərc oyunlarında yeniyetmələrin iştirakı yolverilməzdir" - MÖVQE
"“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan “Yetginlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verilmir". Bunu Milli Məclisin 01.05.2020-ci il tarixdə keçirilən iclasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində” və “Bədən tərbiyəsi və idman haqqında” Qanuna dəyişiklər edilməsi barədə Qanun layihəsi ikinci oxunuşda müzakirə zamanı çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Deputat qeyd edib ki, dəyişikliklərə görə, bu maddənin pozulmasına görə idman mərc oyunlarının satıcısı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyə cəlb olunur” və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”nə təklif olunan “İdman mərc oyunlarının satıcıları tərəfindən yetginlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verməsinə görə beş yüz manat cərimə edilir”: "İdman mərc oyunlarının təşkilində məqsəd bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə əlavə vəsaitlərin əldə olunmasıdır. İdman mərc oyunlarının təşkili və keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası” və “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları” haqqında müvafiq qərarı ilə tənzimlənir. Qaydalara görə idman mərc oyunlarından əldə olunan dövriyyə aşağıdakı məcburi ödənişlər tutulduqdan sonra təşkilatçının sərəncamına verilə bilər".
Daha sonra Rauf Əliyev qeyd edib ki, indiki zamanda yetginlik yaşına çatmayanlarla bağlı Qanuna təklif olunan əlavə maddənin əhəmiyyəti çox böyükdür. Yeniyetmələr bizim gələcəyimizdir: "Ona görə də onların idman mərc oyunlarında iştirakının qarşısı bütün vasitələrlə alınmalıdır. Buna görə lazım olarsa gələcəkdə təkilf olunan cərimənin məbləği bir qədər də artırıla bilər. Yetginlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verənlərə qarşı ciddi tədbirlər görülməlidir".
O eyni zamanda qeyd etmişdir ki, çox təssüflər olsun ki, hazırda qanunla müəyyən olunmuş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə hələ də rast gəlinir: "Qara bazarda qeyri-qanuni yolla keçirilən oyunlarda kifayyət qədər maliyyə vəsiti əldə olunaraq ölkədən çıxarılr.Qanuni fəaliyyət göstərən təşkilatçılar həm dövlət büdcəsinə vergi ödıyir, həm də ölkədə idmanın və bədən tərbiyəsinin inkişafına maliyyə dəstəyi göstərirlər. Bu işbazlar isə nə vergi ödəyir nə də idmanın və bədən tərbiyəsinin inkişafın vəsait ayrırlar. Belə hallar qanunvericiliyə uyğun fəaliyyət göstərən təşkilatçıların işinə zərər vurur. Qanunvericilikdə idman mərc oyunlarının qeyri-qanuni təşkilinə görə üç min manatdan dörd min manatadək cərimə nəzərdə tutulur. Bu cərimə məbləğinin də artırılması məqsədəuyğun olardı. Bu gün təlif olunan əlavə və dəyişikliklər də nəzərə alınmaqla bu sahədə mövcud olan qanunvericilik imkan verir ki, idman mərc oyunları lazımı səviyyədə təşkil olunsun. Sadəcə olaraq qanunlara ciddi əməl olunmalıdır".
Çıxışının sonunda Rauf Əliyev bu sahəyə nəzarət edən müvafiq dövlət qurumlarına müraciət edərək bu istiqamətdə nəzarət tədbirlərinin bir qədər də gücləndirməyə çağırıb.