Vilyam Hacıyevin prokuror oğlu işdən çıxarıldı
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin oğlu tutduğu vəzifədən azad olunub. Diaspor.info-nun verdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Baş prokurorun əmri ilə Məhəmməd Vilyam oğlu Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib.
355