NAXÇIVANDA KARANTİN REJİMİNƏ DAHA CİDDİ YANAŞILIR.
Cəmi bir il kifayət etdi ki, mən Naxçıvanı olduğu kimi sevim. Hesab edirəm ki, Naxçıvan yeganə yaşayış məskənidir ki, biz onu dünyaya göstərərək qürur duya bilərik. Naxçıvanda yaşayanlar bu inkişafı, bu gözəlliyi, Avropa şəhərləriylə müqayisə olunacaq dərəcədə inkişafı hiss etmirlər, çünki onlar orada daimi yaşayırlar. Biz kənardan gələnlər isə buna çox ciddi fikir veririk.
SADİQ ƏLƏKBƏRLİ
Mart ayının sonuncu həftəsindən Naxçıvandayam. Karantin rejimi, Koronovirus pandemiyasının acı nəticələri mənim də, işimə təsir etdi. Belə ki, Naxçıvan-Bakı hava məkanı da, bağlı olduğundan məcburən doğulduğum, boya-başa çatdığım Qıvraq qəsəbəsində qaldım.
Diqqətimi Karantin rejimi ərəfəsində Naxçıvandakı qayda-qanuna riayət çəkdi. Deməzdim ki, qaydaları pozan olmadı, ancaq bu çox aşağı faizdə oldu. Azərbaycan polisi Naxçıvanda insanlarla daha diqqətli və nəzakətli idilər, ən azından özüm şəxsən bir neçə dəfə bunun şahidi oldum.
Bu yazını yazmağa isə məni, Naxçıvan Dövlət Universitinin tələbələri ilə söhbətim məcbur etdi. Zaqatalada yaşayan birinci kurs tələbəsi Sadiq Ələkbərli sosial şəbəkə vasitəsiylə mənə müraciət edərək karantinin nə vaxt bitəcəyini və Naxçıvana necə gələ biləcəyini soruşarkən, məndə bir neçə sual meydana gəldi. Necə olur ki, gənclərin əksəriyyəti daha çox dincəlmək istəyir siz isə NDU-nə, yəni tədrisə qayıtmaq istəyirsiniz?
Cavab: “əslində birinci kursu bitirmiş sayılırıq, düz deyirsiniz bundan sonra tətili hər bir tələbə öz yaşadığı yerdə keçirsə yaxşıdır. Ancaq inanın, mətbuatdan Naxçıvanı izləyirəm, ürəyim dağa dönür. Naxçıvan digər yerlərdən çox seçilir, məsələn qonaqpərvərliyi ilə, öz şirin ləhcəsiylə, xüsusən də, qayda-qanunun ciddi olmasıyla daha çox seçilir. Bu mənim çox xoşuma gəlir, necə olur ki, Avropa ölkələrinə getdiyimiz zaman oranın sərt qayda-qanunlarına sevə-sevə riayət edirik, ancaq Naxçıvanda olan ciddi qayda-qanuna riayət etmirik? Mən Naxçıvanı məhz qayda-qanunun ciddiliyinə görə sevdim, şəhərin hər tərəfində səliqə-səhman var, hətta tikinti aparılan yerlərdə belə, çox ciddi səliqə-səhman yaradılıb. Hansı ki, hamımız bunun şahidiyik, hətta paytaxt Bakıda belə yük maşınları qum-çınqıl apararkən küçələri bərbad hala salır. Məgər Naxçıvanda tikinti aparan təşkilatlar qum-çınqıldan istifadə etmirlər?
Diqqətimi daha çox çəkən məqamlardan biri də, Koronovirus pandemiyası zamanı, karantin dövründə Naxçıvanlıların buna reaksiyası oldu. Naxçıvanda pandemiyaya ciddi yanaşsalarda vay-şüvən salaraq, insanları qorxudmadılar. Sadəcə ətraflı izahat verildi və qayda-qanuna riayət olunmasının vacibliyi vətəndaşlara yetərincə izah olundu. Mən bunu kənardan seyr edirdim, ürəyim isə orada qalmışdı.
Cəmi bir il kifayət etdi ki, mən Naxçıvanı olduğu kimi sevim. Hesab edirəm ki, Naxçıvan yeganə yaşayış məskənidir ki, biz onu dünyaya göstərərək qürur duya bilərik. Naxçıvanda yaşayanlar bu inkişafı, bu gözəlliyi, Avropa şəhərləriylə müqayisə olunacaq dərəcədə inkişafı hiss etmirlər, çünki onlar orada daimi yaşayırlar. Biz kənardan gələnlər isə buna çox ciddi fikir veririk. Bakı-Naxçıvan hava məkanının bağlı olmasını isə ədalətli saymırıq, bəlkə Naxçıvandan Bakıya təcili və vacib gəlməsi lazım olan biri oldu, məsələn ağır xəstəsi olanlar paytaxta necə getməlidir? Bu məsələ mənim kimi yüzlərlə tələbəni narahat edir, axı biz Naxçıvana alışmışıq, orada yaşamağı, təhsil almağı daha çox istəyirik.”
Bəli, bu bir tələbənin Naxçıvanla bağlı düşüncələri idi, açığını desəm onun fikirlərini olduğu kimi, nöqtə-vergülünü belə dəyişmədən məqaləyə əlavə etməyi özümə borc bildim.
Naxçıvanın sürətli inkişafı hamının diqqətini çəkir.
Karantin dövründə belə Naxçıvan Ali məclisinin sədri Vasif Talıbov cənabları başda olmaqla, bütün rəhbərlik öz işinin başında idi. Hətta pandemiya dövründə belə yeni istifadəyə verilmiş binaların açılışı edilirdi.
Hesab edirəm ki, Naxçıvanda qayda-qanununa ciddi riayət edilməsinin bir səbəbi var, bu da, Vətəndaş-Rəhbər sevgisidir. Naxçıvan MR-sı Ali məclisin sədri Vasif Talıbov hər bir sadə Naxçıvanlının qayğısına qaldığı kimi, insanlar da, öz rəhbərinə xüsusi rəğbət bəsləyir və bunu hər addımda hiss etmək olur.
Əlmaniz ƏLƏKBƏRLİ
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin üzvü