NİKALAYEVDƏ QƏLƏBƏNİN 75-Cİ İLDÖNÜMÜ MÖHTƏŞƏM QEYD OLUNUB.--Fotolar
Nikalayev şəhər meriyasının işçisi, Millətlər assambleyasının sözügedən şəhər üzrə sədri Anar Axundov 9 may Böyük Vətən Müharibəsində qələbənin 75-illiyi münasibətilə keçirilən tədbir haqqında saytımıza məlumat verib. O deyib ki, 8 may 2020-ci il tarixində 416-cı Taqanrok diviziyasının şərəfinə ucaldılmış memarial kompleksdə yenidən tədbir təşkil olunub və bu tədbirdə xeyli qonaqlar da, iştirak edib.
Diaspor info saytının Ukrayna bürosu xəbər verir ki, Ukraynanın Nikalayev şəhəri ətrafında Berezanski rayonunun Bessarabka kəndi ərazisində 416-cı Taqanrok diviziyası şərəfinə memarial abidə kompleksi yenə də insan axını ilə dolu idi.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev Vilayəti üzrə sədri Yunus Alıyevin şəxsi vəsaiti hesabına ucaldılan Memarial abidə kompleksi Böyük Vətən Müharibəsi qələbəsinin 75 -ci ildönümü ərəfəsində yenə də, insan axını ilə dolu idi. Artıq illərdir ki, Nikalayev, Odessa, Xerson və s. şəhərlərdə yaşayan Azərbaycanlıların ziyarətgahına çevrilmiş Memarial abidə kompleksi bu il də qonaqlarını qarşılamağa hazır idi.
Tədbirin maddi və mənəvi yükünü tam üstünə götürmüş, saçının-saqqalının ağarmasına baxmayaraq 18-yaşlı bir gənc kimi enerjili, ürəyi vətən eşqi ilə döyünən Yunus Alıyevə söz verildi. Yunus müəllim öz çıxışında müharibənin dəhşətlərindən danışaraq, heç kimi bir daha müharibə görməməsini arzuladı. Yaratdığı memarial abidə kompleksini sanki öz övladı kimi bəsləyən, əzizləyən Yunus Alıyev hər bir addımı ilə sübut edir ki, Azərbaycan xalqı Qəhrəman xalqdır və bu torpaqları, xüsusən də, Ukraynanın Alman faşistlərindən tam azad olunması üçün 416-cı Taqanrok diviziyasının rolu çox böyükdür.
Daha sonra hərbi mahnılar səsləndirilən tədbirdə çıxış edən Ukraynalılar Azərbaycanın qəhrəman oğulları haqqında danışaraq, qardaş Azərbaycan xalqına öz minnətdarlıqlarını bildirdilər.
Lakin bütün bunlara baxmayaraq, tədbir iştirakçıları, yerli kənd camaatı, Yunus Alıyevin açdığı süfrənin başına toplaşaraq ona öz minnətdarlıqlarını bildirdilər. Qoca baba və nənələr göz yaşlarını saxlaya bilməsələr də, döyüş yoldaşlarını bu cürə anıldığına çox sevinirdilər.
Diaspor.info
Ukrayna bürosu.
415