BİZ KARANTİNDƏN ALNIAÇIQ ÇIXACAĞIQ.
Bildiyimiz kimi, bu gün dünyada “Corona virus” adlı, Covid-19 virusuna qarşı mübarizə aparılır. Təssüflər olsun ki, bu virus Azərbaycanda da, müşahidə olunur. Diqqət yetirsək görərik ki, bu virusa yoluxanların və ölənlərin sayı Avropa və digər dünyanın inkişaf etmiş ölkələrində daha çox müşahidə olunur. Statistikaya baxsaq görərik ki, bu günə qədər dünya da, ümumi yoluxmaların sayı 3 milliondan çox, ölənlərin sayı isə 250 mindən çoxdur. Bu yetərincə qorxuducu bir statistikadır. Azərbaycana gəldikdə isə cəmi 2422 yoluxma, 31 ölüm hadisəsi müşahidə olunub. Ölkəmizdə yoluxmaların və ölümlərin sayının Avropa dövlətləri və digər dövlətlərdən daha az olmasının səbəbi isə, Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərdiyi diqqət və operativlikdən irəli gəlir. Azərbaycanda pandemiyanın ən az aşkar olunduğu bölgəsi isə, Naxçıvan Muxtar Respublikasıdır. Statistikaya baxsaq, bu günə qədər Naxçıvan MR-da ümumi Azərbaycana nisbətən 0,2 % yoluxma faktı qeydə alınmışdır. Naxçıvan MR-da vəziyyətin getdikcə daha yaxşıya doğru getməsini görmək çətin deyil. Yoluxmaların sayı azalır, sağalanların sayı isə günü-gündən artır. Bildiyimiz kimi Naxçıvan MR-da karantin rejimi tədricən yumşaldılır, iş yerləri və obyektlər açılır. Naxçıvan MR-da online təlim-tədris prosesləri də, yüksək səviyyədə davam etdirilir. Buna nümunə kimi, Naxçıvan Dövlət Universitetini göstərmək olar. Naxçıvan Dövlət Universitetinin tələbəsi olaraq deyə bilərəm ki, rəhbərliyin tələbələrə göstərdiyi diqqət , müəllimlərin və tələbələrin vaxtı vaxtında online dərslərə qatılması, Naxçıvan MR-da təhsilə göstərilən diqqətin və qayğının nəticəsidir.
Bir tələbə olaraq Naxçıvan Muxtar Respublikasının Ali məclisinin sədri Cənab Vasif Talıbova Naxçıvan təhsilinə, tələbələrinə, ümumiyyətlə gənclərə göstərdiyi diqqət və qayğı üçün öz minnətdarlığımı bildirirəm.
Artıq 1 ci kursu bitirirəm, bu müddət ərzində Universitet tərəfindən dərslərimə göstərilən diqqət , ciddi nəzarət və təhsil almağımız üçün yaradılan şəffaf şərait mənə olduqca xoş gəlib.
İnanıram ki, bu pandemiya dövlətimizin apardığı uğurlu islahatlara mane olmayacaq və rəhbərliyin məsələni ciddi nəzarətdə saxlaması, ümumilikdə göstərilən səylər nəticəsində tez bir zamanda yox olacaq və bizlərdə əvvəl olduğu kimi dərslərimizə online yox, əsl həyatda olduğu kimi, real davam edəcəyik.
Sadiq Ələkbərli
Naxçıvan Dövlət Universitetinin
Təbiətşünanslıq və Kənd Təsərrüfatı
Fakultəsinin Torpaqşünanslıq və Aqrokimya ixtisasının 1 ci kurs tələbəsi.
754