“Paşinyanı da babasının aqibəti gözləyir” ÖZƏL-MÜNASİBƏT
Satqınlıq, xainlik ermənilərin xislətindədir və bunu tarixi faktlar, ermənilər barədə görkəmli siyasətçilərin, tarixçilərin, jurnalistlərin fikirləri sübut edir. Bu sözləri DİASPOR.İNFO-ya müsahibəsində Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, ermənilər öz mənafeləri, çirkin məqsədləri hər cür rola girir, hər bir yola gedirlər.
“İllərlə süfrəmizin başında oturanların, çörəyimizi yeyib, suyumuzu içənlərin, qonağımız olanların başımıza gətirdikləri də bunu deməyə, yəni, ermənilərin çirkin məqsədlərə xidmət etdiyini, hər rola girdiklərini deməyə əsas verir. Araşdırmalar və təhlillər göstərir ki, ermənilər çox əsrlər bundan əvvəl, hələ eramızdan əvvəl də bu hərəkətləri ilə tarixə düşüblər. Nikol Paşinyanın babasının faşizmə xidmət etməsi bu baxımdan o qədər də təəccüblü görünmür. Nəinki Paşinyanın babası, Sarkisyanların, Koçaryanların babaları özləri də faşizmə xidmət edən, bu ideologiyanı yayan insanlardır. Onlar Şaumyanların, Mikoyanların, Ambarsumyanların törəmələridir. Əgər bu gün İrəvanda qatı faşist Nijdeyə abidə ucaldılırsa, Ermənistan rəhbərləri bununla fəxr edirlərsə, Paşinyan nəyə görə faşist babası ilə fəxr etməsin? Əgər onun kökü faşizmdən qaynaqlanmasaydı, erməni xalqını bu vəziyyətə salmazdı. Onun-bunun kölgəsinə sığınmaz, öz vətəninə xidmət edərdi. Göründüyü kimi, qan çəkir və Paşinyan da bu gün babasının yolu ilə gedərək, gah Qərbə, gah da şimala üz tutur. Hakimiyyətdə qalmaq üçün rollara girir, xalqını və vətənini satır. Ancaq, xəyanətin, satqınlığın axırı yoxdur. Nijde türmədə öldürüldü, Paşinyanın babası 1943-cü ildə qətlə yetirildi, digər erməni faşistləri də öz hərəkətlərinə görə minbir bəlalara düçar oplublar. Paşinyanın üzünü də babasının aqibəti gözləyir. Haqq-ədalət sözsüz ki, vaxt gələcək öz yerini tutacaqdır”, deyə Tahir Rzayev bildirib.
Müəllif: İnam Hacıyev