DSX-nin rəis müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Ə.V.Nağıyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
DİASPOR.İNFO-nun verdiyi məlumata görə, sərəncama əsasən General-leytenant Əfqan Vəli oğlu Nağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
293