Putin qubernatorlara tapşırdı ki...
"Səhiyyə sisteminin gücləndirilməsi ilə bağlı bütün məsələlər xüsusi nəzarətdə saxlanılmalıdır". DİASPOR.İNFO RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin söyləyib.
"Yerli səhiyyə sisteminin gücləndirilməsi, epidemiya əleyhinə tədbirlərin görülməsi ilə bağlı bütün məsələləri xüsusi nəzarət altında davam etdirməyinizi xahiş edirəm", deyə Putin qubernatorlara, hökumət üzvlərinə və Rusiya Federasiyasının təsis qurumlarında Müdafiə Nazirliyinin tibb mərkəzlərinin açılması ilə əlaqədar iclasdakı bütün iştirakçılara müraciət edib.
Müəllif: İnam Hacıyev
274