“Milli Şura” və radikallar üçün sonun başlanğıcı TƏHLİL
Uzun zamandır özünü siyasi səhnədə təsdiq etməyə çalışan, dəfələrlə mitinq adı verdikləri məhdud sayda insanların toplaşması ilə lovğalanmağa cəhd edən, yalnız özləri tərəfindən “Milli Şura” adı verilən dırnaqarası bir qurumun acınacaqlı aqibəti, məntiqi sonluğu, süqutu ictimaiyyətin diqqətindən kənarda qala bilməz. Cəmiyyətimiz bu qondarma qurumun mahiyyətinin nədən ibarət olduğunu bilirdi və cılızlığının bir də, daha doğrusu, son dəfə şahidi oldu. Ona görə son dəfə ki, bundan sonra, son hadisələrdən sonra belə bir qurumun varlığı, mövcudluğu barədə kimsə təminat verə bilməz.
Cəmil Həsənlinin hər nitqində pafosla danışıqları bura qədər imiş və elə Əli Kərimlinin də bu şuraya ümudləri burada bitəcəkmiş. Əslində, bu şuranınmı deyək, ya bir neçə nəfərin toplaşdığı qurumunmu deyək, hər nə isə, aqibətini hər kəs təsəvvür edirdi. Amma bu qədər acınacaqlı şəkildə sonluq bir növ ədalətliliyinə görə geniş ictimaiyyətin ürəyincə oldu desək, yanılmarıq. Çünki, Amerikada yaşayan bir bloggerə “gey” deməyin bu qurumun məhvi üçün kifayət etməsi, sözün həqiqi mənasında bunların çəkisinin göstəricisi sayılır. Etiraf edilməlidir ki, bu çox utancverici bir aqibətdir və bəlkə də tarixdə bənzəri olmayan rəzil bir sonluqdur.
Maraqlıdır, “gey”, “üzdəniraq” adlandırdığı birilə təsadüfi toqquşmadan belə özünü itirən, dağılan bir qurum hakimiyyətlə mübarizəyə hansı üzlə qalxmışdı? Yaxud, cəmi bircə blogerlə, özü də bütövlüklə bir təşkilatla da yox, arientasiyasını dəyişən, özlərinin də “gey” adlandırdığı bircə nəfərlə mübarizə edən də deyil, sadəcə toqquşan və bununla da məhvə sürüklənən bir qurum hakimiyyətlə hansı təminatla, hansı güclə, hansı potensialla mübarizəyə girişirdi?
Sözsüz ki, bir blogerin “gey” olduğunu qabartmaq “Milli Şura”nın parçalanması ilə nəticələndisə, hər bir məqam bəlli oldu. Bəlli oldu ki, bu şuranın cəmi bircə “gey”in təsirinə, müqavimətinə dözəcək boyda bir gücü, dözümü olmayıb. Biçarələrin bu birçə “gey”in belə müqaviməti qarşılığında heç istinad nöqtəsi də yox imiş, baxmayaraq ki, arxa, dayaq kimi Amerikanı, Avropanı əllərində az qala bayraq etməyə çalışırdılar. Soruşmaq ayıb olmasın, hanı bəs bunların arxasında dayanan demokratik təsisatlar, xarici havadarlar? Hanı bəs bunların Con əmiləri ki, gəlib bircə “gey”lə mücadilələrinə köməklik edə, məsələnin bunların xeyrinə dəyişməsinə yardımçı olaydı? Hanı bunların o Amerika, Avropa deyən dilləri? Qurudumu? Bu vaxta qədər ağızlarına çullu dovşan sığışmayanların hər sözünün yalan, şişirtmə, uydurma olduğu da bununla öz təsdiqini tapdı.
Xatırladaq ki, bir qədər əvvəl bu şuranın qurucularından və sayılıb-seçilən simalarından biri, daha dəqiq desək, Eldəniz Quliyev Amerikada yaşayan bir blogerə “gey”, “üzdəniraq” deyərək şuranın gündəmini zəbt etdi. Onu da qeyd edək ki, bu şura qurucularından biri olan dırnaqarası qəhrəmana “züy” tutanlar da oldu, özü də lap yaxın silahdaşları. Hətta, Eldəniz bir qədər də irəli gedib, İsmayıl Cəlilov adlı həmin “gey” blogerin bədənindəki başından böyük girdə əzasına da kinayə ilə ünvanlandı. Müxtəlif ibarələr işlətdi və təhqir etdiyini, onu əzdiyini, bəlkə də üzərində qalib gəldiyini zənn etdi. Amma, sonda Eldəniz Quliyev başa düşdü ki, Amerikada yaşayan o “gey” blogerin həmin o girdə əzası “Milli Şura”dan daha güclü, daha hünərli, daha bacarıqlı, daha yararlı, hətta daha qiymətli imiş.
Məsələ get-gedə bir az daha mürəkkəb xarakter alır. Özü də təkcə məhv olma ərəfəsində olan “Milli Şura“ üçün yox. Elə Əli Kərimli üçün də, Cəmil Həsənli üçün də, yeri gələndə lap elə onların yaxın ətrafında olan bütün qrantyeyənlər üçün də. Çünki, qrantyeyənlərin “gey”ə ünvanlanan bu şəkildə çıxışları onları “yedirdən”, yeri gələndə “dəstək” də verən nə Avropa və nə də Amerikanın xoşuna gələn deyil. Hansısa “gey”, yaxud “üzdəniraq” deyilən psixi problemli birini müdafiə etmək kimi əsla bir niyyət ola bilməz. Sadəcə, Kərimlilər, Həsənlilər dərk etməli və gözlərinin qarşısına almalı idilər, elə Eldəniz Quliyev özü də bilməli idi ki, qrantını yediyi, dəstəyinə güvəndiyi qüvvələrin demokratiya anlayışında onların bu mövqeləri heç də xoşagələn ola biləməz. Çünki, bu şəkildə davranışlarını onlar “homofob” adlandırırlar və bunu da demokratiyadan kənar hesab edirlər. Homofobiya sosioloji institutlarda Rasizim, Ksenofobiya, Antisemitizm, Seksizm kimi anlayışlarla bir sıraya qoyulur. Avropa Parlamenti Homofobiya haqqında 2006-cı ildə Qətnamə də qəbul edib. Həmin qətnamədə homofobiya homoseksuallığa qarşı irrasional qorxu və nifrət kimi təsvir edilir ki, bu hal önyarğıya əsaslanır və Rasizm, Ksenofobiya, Antisemitizm və Seksizmə oxşardır. Belə olan halda, Amerikada, Avropada olan “əmi”ləri heç də bu şuranı bundan sonra dırnaqarası da olsa, demokratiya axtarışında olan bir qurum kimi tanıya və dəstəkləyə bilmir. Ən azından özlərinin xatirinə bu dəstəkdən imtina etmək məcburiyyətindədirlər. Ən azından özlərini demokratik göstərmək xatirinə “Milli Şura” adlandırılan, amma milli heç bir xüsusu olmayan bu qurumu müdafiə etməkdən boyun qaçırmaq kimi bir yol qalır. Bu isə nəticə etibarı ilə ondan xəbər verir ki, milli, milsiz olmasından asılı olmayaraq Kərimlilərin, Həsənlilərin və onlarla həmrəng olmasa da həmxasiyyət olanların qrantı da, dəstəyi də kəsilir və bu da “Milli Şura” və radikallar üçün sonun başlanğıcı deməkdir.
Diqqət çəkən mqamlardan biri də odur ki, Eldəniz Quliyev öz profilindəki paylaşımında Amerikada ərə getməyi ilə fəxr edən bir üzdənirağın hücumlarından çəkinən Cəmil Həsənlinin onu “Milli Şura”ya problem yaratmaqda ittiham etməsidir. Bu adam yazır ki, yatıb heç yuxuda da görə bilməzdi ki, xalqın, o cümlədən demokratik düşərgənin illər boyu inandığı, ümid bəslədiyi, bel bağladığı, etimad göstərdiyi siyasi lider və ya liderlər homoseksuallara bu qədər sevgi nümayiş etdirərlər. Əslində, bu fakt qeyd etdiyimiz kimi həmin şuranın qurucularından birinin şuraya da, onun sədrinə də ikrah hissinin, nifrətinin təsdiqidir. Elə bu hiss də ola bilsin ki, onun bu şuranı tərk etməsinə əsaslı zəmin yaradıb. Amma, yenə də etiraf edilməlidir ki, Eldəniz sonuncu olmayacaq və həmin o ikrah hissi çoxlu sayda Eldənizlərin olacağını deməyə əsas verir. Yəni, Eldəniz Quliyevin “yatıb yuxumda da görə bilməzdim” düşüncəsində olan şura üzvləri az deyil. İndi yeri gələndə Cəmil Həsənlinin onları yox, adi bir “gey”i müdafiə edəcəyinə onların hər birində zərrə qədər şübhə yeri yoxdur. Belə olan halda bir adam belə şurada qala bilməz və bu da o deməkdir ki, Eldənizin ardınca hələ böyük sürətlə şuradan imtina edənlər olacaq. Bu isə o deməkdir ki, ən yaxın zamanda şurada uzaq başı bircə dənə Cəmil Həsənli qalacaq. Necə deyərlər, bir özü ölacaq, bir də kimsənin olmadığı şurası. Əslində, Həsənlinin zərrə qədər ağlı olsaydı bu şuranın başını artıq buraxardı. Elan da edərdi ki, şura buraxıldı və üzüsulu bir tərəfə çəkilib, necə deyərlər, ayıbına kor olardı. Onsuz da divardan tuta-tuta gedən və divar qurtaracağında nə edəcəyini bilməyən şura elə kor durumdadır.
Müəllif: İnam Hacıyev