Bu gün Paşinyan qondarma andiçmə mərasimində iştirak edəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda qanunsuz seçkilər nəticəsində qondarma prezident sayılan Araik Arutyunyanın andiçmə mərasimində iştirak edəcək.
DİASPOR.İNFO xəbər verir ki, bu barədə "Armenpress" ə Baş nazir Aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, qondarma andiçmə mərasimi may ayının 21-də keçiriləcək. Həmçinin məlumatda bildirilir ki, mətbuata andiçmə mərasimində iştirak üçün icəzə verilməyəcək.
Bəlli olur ki, başda erməni baş naziri Nikol Paşinyan olmaqla, Ermənistan rəhbərliyi Dağlıq Qarabağda qanunsuz seçkiləri xəlvəti keçirdiyi kimi, yalançı, qeyri-qanuni qurumun qondarma prezidentinin andiçmə mərasimini də xəlvəti keçirmək niyyətindədir. Bu da onu deməyə əsas verir ki, işğalçı Ermənistan öz qeyri-qanuni əməllərini, qanunsuz seçkilərini, ümumiyyətlə bütün qanunsuzluqlarını, özbaşınalıqlarını nəinki daxili auditoriyadan, eləcə də dünya ictimaiyyətindən, beynəlxalq qurumlardan, demokratik təsisatlardan gizlədir. Bu da eyni zamanda demokrat komuflyajı geyinən və demokratiyanı alət edərək hakimiyyəti zəbt edən paşinyanın ali dəyərlərə, beynəlxalq qanun və qanunvericiliklərə hörmətsizliyinin, saymazlığının, nəticədə isə özbaşınalığının bir daha təsdiqidir.
Müəllif: İnam Hacıyev