Ermənistanın sabiq prezidentinin məhkəməsinin təxirə salınması istənildi
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın müdafiəsi koronavirus infeksiyasının yayılması ilə əlaqədar Yerevan məhkəməsindən mayın 21-nə təyin edilmiş məhkəmə iclasını təxirə salmağı xahiş edib. Diaspor.info xəbər verir ki, bu barədə RİA Novosti agentliyində məlumat yayılıb və qeyd olunub ki, bu haqda keçmiş dövlət başçısının vəkili Amram Makinyan bildirib.
"Ermənistanda artan epidemiya ilə əlaqədar olaraq, o, Yerevan şəhərinin ümumi yurisdiksiyasının birinci instansiya məhkəməsinə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilməsi nəzərdə tutulan məhkəmənin təxirə salınması tələbi ilə vəsatət təqdim edib", deyə Makinyan Facebook-da yazıb. Onun sözlərinə görə, növbəti görüşün tarixi və vaxtı barədə daha sonra açıqlanacaq.
Müəllif: İnam Hacıyev