Suriya ordusu Salamiyyə şəhərinin ətrafını tamamilə terrorçulardan təmizləyib
Suriya ordusunun bölmələri Raqqa əyalətinin cənub-qərbində əməliyyat zamanı İŞİD terror təşkilatının bir qrup üzvünü məhv ediblər.
DİASPOR.İNFO "TASS" agentliyinəistinadən bildirir ki, bu barədə "Al-Masdar" xəbər portalına əməliyyatda iştirak etmiş hərbçi deyib.
Onun sözlərinə görə, hökumət qüvvələri Salamiyyə şəhərinin ətrafını tamamilə terrorçulardan təmizləyiblər: "Dəstə üzvləri izlənilib məhv edildi, nəticədə Homsdan Raqqaya və Hamadan Deyr-əz-Zora gedən magistral yolda nəqliyyatın təhlükəsizliyini təmin etmək mümkün oldu"
Hərbçi əlavə edib ki, qoşunlar indi bu bölgədə yerləşən neft quyularının təhlükəsizliyini təmin etməlidirlər.
293