MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçiriləcək. DİASPOR.İNFO-nun məlumatına görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, iclas mayın 29-na planlaşdırılıb.
İclasda hökumət başçıları MDB çərçivəsində iqtisadi sahədə qarşılıqlı fəaliyyətin aktual məsələlərini, həmçinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə birgə səyləri müzakirə edəcəklər.
Yekunda bir sıra sənədlərin qəbulu nəzərdə tutulub.
235