“Mənim addımım” da Paşinyanı müdafiə etmir” Ermənistan mətbuatı yazır
Qaqik Sarukyanı parlament toxunulmazlığından məhrum etmək fikri əvvəlcə qeyri-real görünürdü və hətta ittihamçı prokuror da səbəblərin zəif olduğunu bildirirdi. DİASPOR.ADMİN xəbər verir ki, bu barədə Ermənistana məxsus "Hraparak" qəzeti yazır.
Bütün bunlara baxmayaraq baş prokuror işi bağladı və parlamentə təqdim etdi ki, "Mənim addımım" fraksiyasının rəhbərliyi fraksiya üzvlərinə "üsyankar" üzvləri barədə “çirkli məlumatlar” toplamaq tapşırığı verilsin. Onların keçmişlərinə, şəxsi həyatlarına, qohumlarından tutmuş "yeyilən" qrantlara, ləğv olunan şirkətlərə qədər araşdırıldı.
Bir çox "üsyankar" üzvlər barədə kompromat, dəlil tapa bilmədilər, mandatlarından məhrum etmə hədəsi ilə hədələməyə başladılar. Sarukyanın həbsi ilə bağlı tələb rədd edildikdən sonra, indi də "Mənim addımım" blokunun dar bir dairədəki nümayəndələri, Konstitusiya Məhkəməsi məsələsində qeyri-konstitusion səsvermə və bundan sonrakı məsuliyyət barədə narahatlıqlarını ifadə edirlər. Yeri gəlmişkən, "Mənim addımım" blokunun bir çox görkəmli nümayəndəsi Nikol Paşinyanın müdafiəsi üçün Facebook-dakı kampaniyalarda iştirak belə etmir, səhifələrində belə heç nə yazmırlar.
Müəllif: İnam Hacıyev