Konstitusiyaya dəyişikliyinə Ermənistan hakimiyyətini vadar edən səbəb... “Joxovurd” qəzeti yazır
Parlament 89 lehinə olmaqla Konstitusiyada dəyişiklik layihəsini qəbul etdi, heç kim bunun əleyhinə səs vermədi. DİASPOR.İNFO xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır.
Qəzet yazır ki, səsvermənin əleyhinə səs verən və ya bitərəf də olmadı. Layihədə əsasən, 12 ildən artıq müddətdə vəzifədə olan Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyətlərinə xitam verilməsi təklif olunur. Beləliklə, Hrayr Tovmasyanın Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə və Konstitusiya Məhkəməsinin 9 hakimindən üçünün, - Hrant Nazarian, Feliks Toxyan və Alvina Qulumyanın səlahiyyətlərinə son veriləcək. Üstəlik, bu dəyişikliklər olduqca tez bir zamanda həyata keçiriləcək və qanun Milli Məclis tərəfindən dərc edildikdən sonra deputatlar parlamentdə gizli səsvermə yolu ilə Konstitusiya Məhkəməsinin yeni üzvlərini seçə biləcəklər.
Həmçinin əlavə olaraq qeyd edilir ki, konstitusiya quruluşunu devirməkdə və xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunan Robert Köçəryanın müraciəti əsasında 7 iyul tarixində Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsinin Konstitusiyaya uyğunluğu barədə işə də baxılacaq. Nəşrin yazdığına görə, hakimiyyət təəccüblərin qarşısını almaq üçün bundan əvvəl Konstitusiya Məhkəməsinin yeni tərkibini yaratmaq istəyir. Çünki mövcud Konstitusiya Məhkəməsinin bu maddənin konstitusiyaya zidd olduğunu tanıması mümkündür və bu halda cinayət işi bağlanacaq.
Bununla yanaşı o da diqqəti cəlb edir ki, dünənə olan vəziyyətə görə "Mənim addımım" fraksiyasının hakim vəzifəsinə namizədləri olmayıb. Lakin onlar qızğın müzakirələr aparıblarsa da üç boş yerə dərhal kimin namizəd olacağına belə qərar verə biməyiblər. Halbuki, qanunvericiliyə müvafiq olaraq, ölkədəki mövcud qanunun tələblərinə görə seçkilər eyni gündə keçirilməli idi.
Müəllif: İnam Hacıyev