"Qoy haqq səsimiz əxlaqsız ermənilərin səsindən daha gur çıxsın!" ÖZƏL-MÖVQE
"Qədim bir şərq misalında deyilir ki," dürüst insanların da səsi əxlaqsızlarınkı qədər gur çıxmalıdır". Böyük hikmətdir. Bir çox hallarda yalanlar ona görə ayaq tutub yeriyir ki, onu danışanların səsi daha güclü olur-ermənilər kimi. Tarix boyu onun-bunun qoltuğunda gizlənənərək yaltaqlıqlarının, mənəviyyatsızlıqlarının hesabına özlərinə orada-burada gün-güzəran quran, sonra da xəyanət edən, digərlərinin dişi-dırnağı ilə ərsəyə gətirdiyi mədəni irsə sahiblənmək istəyən, ağlaya-ağlaya, sızlaya-sızlaya gəlib biz mağmunların torpaqlarında dövlət qurdular. Bu azmış kimi, yeni ərazilərimizi işğal etmiş və hazırda oraları fəal surətdə məskunlaşdırırlar". Bunu DİASPOR.İNFO-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.
Onun sözlərinə görə, yüz ildən artıqdır ki, Osmanlı türklərini tarixdə törətmədikləri "erməni soyqırımına" görə aləmdə ittiham edir, həyasızlıqları, gur səsləri ilə dəstək qazanır, tərəfdarlar toplayır, qosqoca Türkiyəni hər addımda təqib edir,işlərinə əngəl yaradır: "Biz doğru olduğumuz təqdirdə, işğala məruz qaldığımız halda, səsimiz düşmənimizinkindən zəifdir. Biz deyəndə, mən iki qardaş dövləti - Azərbaycan və Türkiyəni nəzərdə tuturam.
...Hələ illər öncə, millət vəkili statusunda Türkiyədə səfərdə olarkən həmkarlarımla bu mövzuda geniş və məzmunlu müzakirələr aparmışdıq. Gəldiyimiz qənaət bu idi ki, yalançı erməni iddiaları və Azərbaycan torpaqlarının işğalı ilə bağlı bir müştərək qurum yaradılsın. Bəzi obyektiv və subyektiv səbəblərdən bu baş tutmasa da, sözügedən məsələ aktuallığını saxlamaqda idi. Budur, nəhayət ki, arzuladığımız yöndə ilk addım atıldı.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əsassız erməni iddiaları ilə mübarizə üçün özəl strategiya yaradılması haqda ciddi təlimat verdi. Məlumata görə, qardaş ölkədə dövlətdən asılı olmayan bir qurumun yaradılması artıq reallığa çevrilir. Yeni təsisat Türkiyənin 1915-ci il hadisələri ilə bağlı öz mövqelərini dünyada daha yüksək və professional səviyyədə tanıdacaq. Bütün məsələlərə siyasi,tarixi, eyni zamanda, hüquqi prizmadan yanaşılmasını təmin edəcək təşkilatın əsas hədəfi qondarma erməni arqumentlərini və planlarını darmadağın etmək, beynəlxalq aləmin diqqət-nəzərini həqiqətə yönəltməkdir.
Bu bir gerçəklikdir ki, murdar ermənilər bir millət olaraq, bizim bütün həyatımızı alt-üst ediblər. Nə qədər silah-sursat alsaq da, cəbbəxanalarımızı ağzına qədər doldursaq da, görünən odur ki, qılıncımızın qınından çıxacağı gün hələ bəlli deyil. O günü yaxınlaşdırmaqdan ötrü, dünya birliyinin haqq səsimizə səs verməsi üçün bizdə də belə xüsusi qurumun yaradılması tarixi, siyasi bir zərurətdir. Gəlin biz də tələsək! Qoy haqq səsimiz əxlaqsız ermənilərin səsindən daha gur çıxsın!".
Müəllif: Ceyhun Rasimoğlu