Paşinyan xalqdan gizlənir və... ANALİTİK
Konstitusiyanı dəyişərək, xalqa qarşı çıxır
Ermənistan parlamentinin konstitusiyaya dəyişikliklərlə bağlı qəbul etdiyi qərarın kökündə baş nazir Nikol Paşinyanın laxlayan hakimiyyətini əldə saxlamaq və ömrünü uzatmağa hesablanıb. DİASPOR.İNFO xəbər verir ki, bu barədə erməni KİV-ləri yazırlar. Xüsusilə, müxalifətçi mövqeyə sahib olan şəxsləri hədəfə alan qərarlar artıq ölkədə növbəti çalxalanmanın əsaslarını qoymaqdadır.
Bu arada, “İşıqlı Ermənisatan” partiyasının deputatı Edmon Marukyan baş verənləri konstitusiya məhkəməsinə hücum kimi qiymətləndirib.
Taron Simonyan: “Bu, ana yasanın aşkar pozuntusudur”
Deputat və hüquqşünas Taron Simonyan isə öz növbəsində qeyd edib ki, konstitusiyaya edilən dəyişikliklər bir sıra pozuntulara yol açıb və bütün bunlar müzakirə predmetinə çevrilməlidir. “Konstitusiyanın 2 bəndinin 165-ci maddəsi pozulub. Digər mühüm pozuntu – Ermənistan prezidentinin qanunları imzalamaq və dərc etmək hüququnun əlindən alınmasıdır. Parlamentin hakim fraksiysı digər qərarı ilə konstitusion orqanın hüququnu məhv edib və bu da ana yasanın aşkar pozuntusudur”, erməni deputatı deyib.
“Həmin müdaxilə bumeranq effekti verəcək və onun özünə geri dönəcək”
Simonyan həmçinin Ermənistan hakimiyyətinin bu qərarlarının onların özləri üçün pis nəticələr verəcəyini də istinsna etməyib və eyham vurub ki, belə siyasət ölkəni uçuruma aparmaqla yanaşı, həm də Paşinyan hökumətinin iflasına səbəb olacaq. “Əgər hər hansı qüvvə qanun aliliyinə müdaxilə edirsə, bu zaman həmin müdaxilə bumeranq effekti verəcək və onun özünə geri dönəcək”, deyə o vəziyyətin gərginləşəcəyi mümkünlüyünü bildirib.
Daha bir məsələ isə, erməni KİV-lərinin ard-arda anti-Paşinya xarakterli yazılar dərc etmələridir. Onun xalqdan gizlənməsi də diqqətdən yayınmır. Belə ki, baş nazirin reytinqinin sürətli şəkildə aşağı düşməsinə daha bir səbəb, onun hakimiyyət hərrisliyinə başının qarışması və xalqa verdiyi vədləri unutmasıdır. Onun xalqı pandemiya dövründə ölümün ağuşuna buraxması, habelə bank kreditləri və s. problemlərinin həll edilməsəsi yönündəki addımları ictimai rəyi hiddtləndirib. Məhz bu səbəbdən də, artıq xalq hökumət binasına tərəf bu dəfə daha amansız və barışmaz yürüş təşkil etməyi planlaşdırır. Daha dəqiq desək, Paşinyanın "məxməri inqilabının" qanlı inqilabla əvəzlənməsi də artıq ölkədə ən çox müzakirə obyektinə çevrilib.
Rövşən RƏSULOV