Son günlər Ü.D.S Təşkilatının pandemiyanın ikinci dalğasının olması ilə əlaqədar açıqlama verməsi Azərbaycanda bu sahəyə dövlətin diqqətini və məsuliyyətlini ciddi şəkildə artırmışdır .Gəncə şəhərində bir sıra obyektlərin açılışında iştirak edən Prezident İlham Əliyev görülmüş və görüləcək tədbirlər haqqında danışarkən vətəndaş məsuliyyətsizliyindən narahatlıq keçirdiyini bildirdi . Həmçinin karantin rejimimin tələb və tövsiyələrinə əməl etməyən ,maska taxmayan , sosial məsafəni gözləməyənlər barədə cərimələrin tətbiqinə yenidən baxılmasınının zəruriliyini bildirmişdir .
Xalqımız bir çox sınaqlardan uğurla ,millətimizin birliyi sayəsində üzü ağ çıxmışdır .Lakin koronavirusla mübarizə bütün dünyanı tehdit etməklə bərabər , iqtisadiyyatı və gündəlik həyatımızıda iflic etməkdədir .Belə bir zamanda İlham Əliyev və xanım Mehriban Əliyevaya xalqımızın önündə durmaqla bərabər pandemiyanın minimum itkilərlə çıxacaq qədər böyük işlər görüblər .
Bu gün başa düşmək lazımdır ki ,həkim çatışmazlığı və xəstəxanalarda yerlərin xəstələrlə dolması pandemiyasının idarə olunmaz hala gətirib çıxara bilər .
Evdə oturmaqla , birlik göstərməklə ön cəbhədə olan həkimlərimizə , polisə və daxili qoşun birləşmələrinin şəxsi heyətinə ,bu ışlə mübarizədə əməyi keçən insanlara dəstək olagın .
Çox təəssüflə qeyd etmək istəyirəm ki ,virusa yoluxan həkimlərimiz vətəndaş məsuliyyətsizliyindən həlak olurlar .TƏBİB in verdiyi məlumata görə son günlər ailə üzvüləri arasında ,müəssə və təşkilatlarda kütləvi yoluxmalara rast gəlinir .
KİV ri vasitəsilə xalqımızı ayıq sayıq olmağa , Prezident İlham Əliyevin tövsiyyələrini yerinə yetirməyə çağırıram.Əks halda fəsadlar daha böyük olarsa müharibə şəraitində tətbiq olunan qanunlar vasitəsilə idarəetmə tətbiq oluna bilər . Xalqımızı ayıq sayıq olmağa ,ailələrinin və sevdiklərinin yanında olmaq arzusu ilə operativ qərargahın tövsiyələrini yerinə yetirməyə dəvət edirəm .
Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov.