Ammerika qitəsi korona caynağında-- Dəhşətli statistika
Amerika ölkələrində koronavirusa yoluxma halları sürətlə artmağa davam edir, COVID-19 səbəbindən ölənlərin sayı durmadan artır. DİASPOR.İNFO xəbər verir ki, bu barədə İnterfax agentliyi Qərb KİV-lərinə istinadən yazır. Xəbər portalının qeyd etdiyinə görə, Braziliyada bir sutka ərzində 1,1 mindən çox adam ölüb, daha 40 min insan isə infeksiyaya yoluxub. Bu ölkədə hazırkı dövrə qədər 54,9 min insan həyatını itirib, 1,2 milyondan çox şəxsdə isə virus aşkarlanıb.
Meksikada isə yoluxanların sayı 200 mini keçib, ölənlərin sayı 25 min nəfərdir. Son sutka ərzində bu ölkədə 6,1 min yoluxan qeydə alınıb, onlardan 700-ü ölüb.
ABŞ-da isə sutka ərzində 34 min yeni yoluxma halları müəyyən olunub. CNBC kanalaının hesablamalarına görə, ən çox yoluxmalar Kaliforniya, Florida və Texasdadır. Bunu Con Hopkins universiteti də təsdiq edir. Belə ki, ümumilikdə ABŞ-da pandemiya dövründən başlayaraq 2,42 milyon yoluxan qeydə alınıb, ölənlərin sayı isə minimum 124 mindir.