“Ehtiyac içində olan Azərbaycan ehtiyac duyulan ölkəyə çevrilib”-- ÖZƏL-MÜNASİBƏT
Cənab Prezidentin Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini xatırlatması təsadüfi deyil və həqiqətən də 1969-1982-ci illərdə, Heydər Əliyev Azərbaycanda rəhbər olduğu dönəmdə mümkün qədər çalışdı ki, ölkəyə dünyaca məşhur, gərəkli xidmətləri, ayrı-ayrı sahələri gətirsin və burada onları təsis etsin. Bu sözləri DİASPOR.İNFO-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçinin sözlərinə görə, Cənab Prezidentin qeyd etdiyi Migəçevir Su Elektrik Stansiyası öz yerində, ondan başqa da biz xatırlayırıq ki, Azərbaycanda Yaponiya və onun ardınca olmaqla, dünya üzrə ikinci Kondisioner Zavodu tikilmiş oldu, Bakı Kondisionerləri Zavodu kimi belə bir zavod açıldı, halbuki, həmin zavodun SSRİ-nin başqa respublikalarından birində tikilməsi nəzərdə tutulurdu və sadəcə, Ulu Öndərin çevikliyi sayəsində dünyaca nəhəng zavod Azərbaycanda tikilmiş oldu.
“Hərbi kadrların yetişdirilməsi üçün Ulu Öndərin atdığı addımlar, eləcə də, Azərbaycanlıların Rusiyanın müxtəlif şəhərlərinə ali təhsil alması üçün göndərilməsi, onların yetkin kadr kimi geri qayrtarılması kimi məsələlər mövcuddur və təbiidir ki, onların sırasında Mingəçevirdəki bu məlum obyektlə bağlı da fikirlər var. Yəni, demək istədiyim odur ki, Ulu Öndər uzaqgörən, strateji düşüncə sahibi olduğuna görə, əlində olan imkanlardan maksimum istifadə edib ki, Azərbaycan gələcəkdə əziyyət çəkməsin. Həqiqətən də Mingəçevirdəki Su Elektrik Stansiyası Azərbaycanın enerji təchizatında çox mühüm rol oynayır. Cənab Prezidentin də qeyd etdiyi kimi, ölkəmiz artıq enerjini xaricdən almır, elektrik enerjisinə ciddi ehtiyacı yoxdur, əksinə, üç ölkəyə elektrik enerjisini biz ixrac edirik. Bunlar uzaqgörən, strateji, təbiidir ki, dərin düşünülmüş böyük siyasətin nəticələridir. Yəni, bir zamanların asılı Azərbaycanını indi başqalarına əl yetirən, dəstək verən, dəstək olan bir ölkəyə çevirmək əlbəttə ki, böyük liderlik təcdrübəsi tələb edir. Azərbaycan prezidenti də məhz həmin təcrübəyə sahibdir. Buraya onu da əlavə edim ki, elektrik enerjisinin ixracı öz yerində elə bu pandemiya günlərində biz artıq eşidirik ki, Azərbaycan dövləti otuza qədər xarici ölkəyə öz yardımını göndərib. Yəni, bunun özü də Azərbaycanın əhəmiyyətli dərəcədə güclənməsinin daha bir göstəricisidir.
Eyni zamanda biz dəfələrlə demişik ki, bir zamanlar Azərbaycan ehtiyac içində olan ölkə idi. Özəlliklə də 90-cı illərdə biz ehtiyac içində olan ölkə idik. Amma bu gün Azərbaycan ehtiyac duyulan ölkəyə çevrilib. Yəni xarici ölkələr Azərbaycana ehtiyac duyurlar. Hətta ən inkişaf etmiş Avropa dövlətləri belə Azərbaycana ehtiyac duyur. Bu da əlbəttə ki, təsadüfi deyil. Bu ağıllı, müdrik, uzaqgörən siyasətin nəticəsidir. Yəni, Azərbaycanı bu səviyyəyə gətirib çıxaran şəxs təbiidir ki, Cənab İlham Əliyevdir, onun müdrik idarəetməsidir”, deyə Azər Həsrət bildirib.
Müəllif: İnam Hacıyev