“Ermənistan Venesiya Komissiyasının göstərişlərinə əməl etmir” Canni Bukkikio
“Çiçəklənən Ermənistan” partiyasının katibi Arman Abovyan öz Facebook səhifəsində Venesiya Komissiyasının sədri Canni Bukkikionun Ermənistan Konstitusiya Məhkəməsinin rəhbəri Hrayr Tovmasyana göndərdiyi məktubu yerləşdirib. DİASPOR.İNFO xəbər verir ki, sözügedən partiyanın katibi öz səhifəsində bu barədə şərhini də bölüşüb.
"Oh, necə də narahatçılıq oldu!", deyə Arman Abovyan məktubla bağlı fikirlərini paylaşıb.
Xatırladaq ki, Venesiya Komissiyasının sədri Canni Bukkikio göndərdiyi məktubda öz təəssüfünü gizlətməyib və Ermənistanda Venesiya Komissiyasının açıq göstərişlərinə əməl edilmədiyini vurğulayıb.
“Mən Ermənistandakı konstitusiya dəyişiklikləri ilə bağlı hadisələri yaxından izlədim. Təəssüf edirəm ki, onlar Venesiya Komissiyasının açıq göstərişlərinə əməl etmirlər", deyə Venesiya Komissiyasının sədri Canni Bukkikio bildirib.
Müəllif: İnam Hacıyev