Bu ölkələrdə COVID-19-dan ölənlərin sayı rekord həddədir STATİSTİKA
Dünya üzrə yeni növ koronavirusdan həyatını itirən şəxslərin çoxluğuna görə vəziyyətin ən ağır olduğu ölkələr Braziliya, Meksika və Hindistandır. DİASPOR.İNFO xəbər verir ki, son 24 saat ərzində Braziliyada 552 nəfər, Meksikada 267 nəfər, Hindistanda isə 380 nəfər virusdan həyatını itirib.
Braziliyanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə yeni növ koronavirusdan həyatını itirənlərin sayı 57 min 622 nəfərə çatıb. Ümumi yoluxmaların sayı isə 1 milyon 344 mini ötüb.
Əhalisinin sayı 211 milyondan çox olan Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə olunur. Ölkədə virusa görə ölümlərin sayı İngiltərəni geridə qoyub və ABŞ-dan sonra yoluxma halları ən çox olan ölkədir.
Meksikada isə son 24 saat ərzində COVID-19-a yoluxmuş 267 nəfər vəfat edib. Meksika Səhiyyə Nazirliyinin məlumatına görə, virusdan ümumi həyatını itirənlərin sayı 26 min 600-ü ötüb.
Hindistanda isə epidemiyaya görə son 24 saatda 380 nəfər həyatını itirib. Hindistanın Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, COVID-19-dan vəfat edənlərin sayı ölkədə 16 min 480 nəfərə çatıb.
Hindistanda son 24 saat ərzində 19 min 459 nəfər COVID-19-a yoluxub, yoluxmaların ümumi sayı 548 min 300-ü ötüb.
Qeyd edək ki, Hindistan yoluxmalarının sayına görə dünya üzrə ilk 5 ölkədən 4-cü sıradadır.
Müəllif: Nigar Məmmədova