Karantin rejiminin 2 həftə uzadılması gözlənilir OPERATİV QƏRARGAH
"Dünya iqtisadiyyatını pandemiya ilə əlaqədar iqtisadi tənəzzül gözləyir. Dünya üzrə 500 mindən artıq insan həyatını itirib. Bu pandemiya dünya miqyasında müharibə kimi qəbul olunmalıdır. Pandemiya ilə mübarizədə müavifiq müalicə üsulu tapılmayıncaya qədər dünyanın heç bir yerində biz bu virusdan sığortalanmış deyilik". Bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Prezidentin köməkçisi əlavə edib ki, dünya ölkələrində də karantin rejimi tətbiq edilir: "Daha sonra müəyyən açılmalar olur və bunların nəzdində də yenidən yoluxmalar çoxaldığı halda məhdudiyyətlər tətbiq edilir. Bütün bunları nəzərə alaraq 5 iyul tarixinə qədər uzadılmış karantin rejiminin bundan sonra 2 həftə ərzində də uzadılması ilə bağlı fikirlər var. Burdada məqsəd vətəndaşlarımızın sağlamlığını təmin etməkdir. Yoluxma ilə əlaqədar rəqəmlərin tənzimlənməsi və onların müəyyən nəzarətdə saxlanılmasıdır".
Müəllif: Nigar Məmmədova