"Ölkədə tibbi kadrların çatışmazlığı müşahidə olunmur"
"Ümumiyyətlə, ölkədə tibbi kadrların çatışmazlığı yoxdur. Dar ixtisaslar istisna olmaqla bizdə tibb işçilərinin qıtlığı müşahidə olunur. Heç bir ölkənin səhiyyə sistemi bu cür pandemiyaya hazırlıqlı deyil". DİASPOR.İNFO-nun verdiyi məlumata görə, bunu Səhiyyə Nazirliyinin aparatının rəhbəri Nadir Zeynalov deyib.
O bildirib ki, buna görə də bütün ölkələr çalışır ki, kadr resurslarını imkanlar çərçivəsində tənzimləsinlər: "Ölkəmizdə pandemiya ilə mübarizə aparan həkimlərimizin hamısı infeksionist deyil. Tibb işlərimiz böyük yük altında çalışırlar. Buna görə də mövcud yükü azaltmaq üçün təcili yardımda həkimlərin qəbulu elan olunub".
Müəllif: Nigar Məmmədova
335