Koronavirusdan ölənlərin sayı 10 mini keçdi - Rusiyada
Rusiyada son sutka ərzində 6 min 562 nəfər koronavirusa yoluxub. DİASPOR.İNFO-nun məlumatına görə, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 700 min 792-yə çıxıb.
Ölənlərin sayı isə 172 nəfər artaraq 10 min 667-yə çatıb.
Bu günədək ölkədə 472 min 511 nəfər xəstəlikdən sağalıb.
Ümumilikdə 21 milyon 700 min insan COVID-19 testindən keçib.
Müəllif: Aysel Məmmədova
355