“Paşinyan mərhələli bədnam həll variantına qayıtdı” Vitali Balasanyan
Dağlıq Qarabağ döyüşlərinin qəhrəmanı sayılan, general-mayor Vitali Balasanyan dünən Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasına müraciət edib. DİASPOR.İNFO xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
Qəzet Vitali Balasanyanın fikirlərini dərc edib.
“Rəsmi İrəvanın Dağlıq Qarabağ məsələsində yürütdüyü siyasətlə əlaqədar narahatlığım öz təsdiqini tapdı. Strateji əhəmiyyətə malik sənəddə Dağlıq Qarabağ bir ərazi, Dağlıq Qarabağ erməniləri bir əhali olaraq qeyd olunur... 2007-ci ildə qəbul edilmiş strategiyada Dağlıq Qarabağın bir respublika olduğu açıqlansa da, yeni strategiyada Paşinyanın geri döndüyünü sübut edən "respublika" sözlərindən imtina edildi və onun bədnam mərhələli həll variantına qayıtdlığı təsdiqləndi”, deyə Vitali Balasanyan bildirib.
Müəllif: İnam Hacıyev