Bacıları biabr etdilər: “Azərbaycan bayrağı yerlə sürünməz”
Müğənnilər Sevil və Sevinc bacıları illər öncəyə geri dönüblər. DİASPOR.İNFO-nun məlumatına görə, bacılar 2017-ci ildə lentə alınmış şəkillərini sosial şəbəkədə yayımlayıblar.
Onların fotolardakı libası diqqətləri cəlb edib. Belə ki, Sevil və Sevinc Azərbaycan bayrağına uyğun libas geyiniblər. Onların paltarlarının uzun olub, yerlə sürünməsi izləyicilər tərəfindən müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri bacıların sözügedən libasını bəyənməyiblər. Hətta müğənniləri bu addımına görə tənqid ediblər.
İzləyicilər “Azərbaycan bayrağı yerlə sürünməz” kimi şərhlər yazıblar.
491