“Zorakılıq ermənilər üçün özünü ifadə etmə yolu ola bilməz” Edmon Marukyan
Sükunət göstərmək, Ermənistan-Azərbaycan sərhədində əsgər və zabitlərə kömək etmək lazımdır. DİASPOR.İNFO Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri "Parlaq Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan "Facebook" səhifəsində ermənilərlə azərbaycanlılar arasında baş verən qarşıdurmalara toxunarkən yazıb.
Partiya rəhbəri bütün sahələrdə işğalçı ölkənin Azərbaycanla rəqabət aparmaq iqtidarında olmadığını dolayısı ilə etiraf edib. “Əlbətdə ki, siyasi, iqtisadi, mədəni, idman sahələrində azərbaycanlılarla rəqabət aparmağa çalışmalı və buna gücümüz olmalıdır. Amma küçədə fiziki zorakılıq ermənilər üçün özünü ifadə etmə yolu ola bilməz. Anlamaq lazımdır ki, bütün bunların nəticəsində dünyanın müxtəlif yerlərində yaşayan ermənilərin həyatı təhlükə altındadır”, deyə Edmon Marukyan etiraflarını yazıb.
Müəllif: İnam Hacıyev