“Ermənistan hakimiyyəti ciddi kadr çatışmazlığı ilə üzləşib” Ermənistan mətbuatı yazır
İki gün əvvəl Baş nazir Nikol Paşinyanın qərarı ilə Narine Avaqyan Kadastr Komitəsi rəhbərinin müavini təyin edilib. DİASPOR.İNFO xəbər verir ki, bu barədə Ermənistana məxsus mətbuat səhifələri yazır.
Məsələn, "Hraparak" qəzeti yazır ki, Narine Avaqyan keçmiş ədliyyə nazirinin, Ermənistan Respublikaçılar Partiyasının üzvü Arpine Ovannisyanın dövlət və hüquqi məsələləri üzrə komissiyaya rəhbərlik etdiyi zaman müavini olub. Bu təyinat hakim komandada qızğın müzakirə mövzusuna çevrilib.
Ermənistana məxsus mətbuat səhifələri yazır ki, Çoxlarının fikrincə, daha əvvəllər orta səviyyələrdə işləyənləri, hətta əvvəlkilərin köməkçisi olanları yüksək vəzifələrə təyin edəcək qədər "əyilmək" olmaz.
“Bu fakt, Ermənistan hakimiyyətinin üzləşdiyi ciddi kadr çatışmazlığını göstərir. Bu vəzifə üçün müsabiqə elan olunsa da, Narinenin parlamentdən sonra köməkçisi işlədiyi Mülki Apelyasiya Məhkəməsinin sədri Arsen Mkrtçyan belə istədiyib”, deyə Ermənistana məxsus mətbuat səhifələrində yazılır.
Müəllif: İnam Hacıyev