Azərbaycan və Türkiyə birgə hərbi təlimləri erməniləri təşvişə salıb
Azərbaycanda Türkiyə hərbçilərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçiriləcək, deyə Ermənistan cəmiyyəti təşviş içindədir. DİASPOR.İNFO Ermənistana məxsus mətbuat səhifələrində yayılan informasiyaya istinadən xəbər verir ki, qardaş ölkə ilə Azərbaycanın birgə hərbi təlimlər keçirəcəyi barədə məlumatları Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Məlumatda qeyd olunur ki, quru qoşunlarının iştirakı ilə təlimlər 1-5 avqust tarixlərində Bakı və Naxçıvanda keçiriləcək. Ermənistanın Müdafiə Nazirliyindən həmçinin bildirilir ki, iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda keçiriləcək təlimlərdə hərbi aviasiya iştirak edəcəkdir. İşğalçı ölkənin Müdafiə Nazirliyi qorxu hissi ilə qeyd edib ki, təlimlərin bir hissəsi olaraq canlı atəş açılması planlaşdırılır. Həmçinin açıqlanır ki, birgə təlimlərdə şəxsi heyət, zirehli maşınlar, artilleriya qurğuları və minaatanlar, habelə iki ölkənin Silahlı Qüvvələrinin hərbi aviasiyası və hava hücumundan müdafiə vasitələri iştirak edəcəkdir.
Müəllif: İnam Hacıyev