Azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək səylərini dəstəkləyirik - Prezident Ərdoğan
Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək və Vətənlərini müdafiə etmək səylərini də eyni anlayışla dəstəkləyirik.
DİASPOR.İNFO "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu bəyanatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzon vilayətindəki Sümela Monastırının ikinci mərhələsinin və buradakı Ayasofya məscidinin bərpadan sonra açılış mərasimindəki çıxışında səsləndirib.
Türkiyə lideri qeyd edib ki, özümüz və dostlarımız üçün necə lazımdırsa mübarizə aparacağıq.
875