Erməni xalqının qorxulu kabusu
Paşinyan çıxış yolu axtarışında
"Əgər parlament fraksiyası məni seçməsə, heç kimi seçməyəcək. Baş nazirin seçiləcəyi gün bütün erməni xalqı meydanda olacaq. Qoy, xalqın iradəsini yerinə yetirməməyə çalışsınlar", Bu sözləri 2018-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Əgər Serj Sarkisyanın 10 illik prezidentliyi Ermənistan xalqının yaddaşında qorxulu bir kabus kimi həkk olundusa, bu kabusu indi də Nikol Paşinyan yaradır. Ermənistanla bağlı proqnozlar özünü tam doğrultdu. Bu belə də olmalı idi. Çünki istər Paşinyan, istərsə də Sarkisyan eyni düşüncəyə malik olan Ermənistan xalqının yaddaşında qorxulu bir kabus kimi həkk olunub, olunacaq.
Və növbəti kabus isə iyulun 12-də Paşinyanın Tovuzda qəflətən Azərbaycana qarşı təxribatı idi. Hakimiyyətə gəlməklə Paşinyan sərsəm bəyanatları ilə elə ilk gündən Rusiya ilə Ermənistan arasında gərginlik yaratdı. Siyasətdən bixəbər olan küçə «demokrat» Paşinyan elə zənn etdi ki, təxribat törətməklə hər şeyə nail ola biləcək. Alınmayanda başladı Rusiyanın ünvanına sərsəm bəyanatlar verməyə. Nəticə nə oldu. Elə iyulun 12-də qəflətən Azərbaycan sərhədlərini pozaraq Tovuz istiqamətində təxribat törətmək istədi. O, Tovuzda gərginlik yaratmaqla qərbə mesaj verdi: “Rusiya məni müdafiə etmədi, mən Rusiyanın adamı deyiləm”.
Bax, budur, Paşinyanın “siyasəti”.
Ekspertlərin sözlərinə görə, əslində Tovuzda baş verən son təxribatda ən azı 3 maddəyə görə Rusiya Ermənistanı müdafiə etməli idi. Birincisi, Rusiya ilə Ermənistan arasında dövlətlərarası müqavilə var. Ermənistana hücum zamanı Rusiya kömək etməlidir. İkincisi, Rusiyada Ermənistanın birgə qoşun birləşmələri var. Bu qoşun birləşmələrinin də əsas məqsədi hansısa hücum zamanı Ermənistana kömək etməkdir. Üçüncüsü, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 5-ci maddəsinə görə, bir KTMT üzvünə hücum bütün KTMT üzvlərinə hücum deməkdir. Paşinyan qərbə mesaj verməklə əvəzində qərbdən pul gözləyir.
İşğalçı dövlətin belə bir addım atması ilk növbədə, mövcud diktator rejiminin ölkə daxili problemlərlə üzləşməsini təsdiqləyir
Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirov sözügedən məsələ ilə bağlı bildirir ki, Ermənistan tərəfinin koronavirus pandemiyasının yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində “kiçik müharibə”yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdın yayındırması istisna olunmur: ""Böyük depressiya"nın təcrübəsi göstərir ki, ölkədə iqtisadiyyatın çökməsi millətçilik dalğasının yüksəlməsinə və «xarici düşmən» axtarışlarının intensivləşməsinə, əgər o varsa bu istiqamətdə avantürüst davranışlararın artmasına rəvac verir. Narazı kütlə belə xüsusi hallarda hərbi avantüralara loyal mövqedə dayana bilər. Nikol Paşinyanın yeni şəraitdə hakimiyyəti üçün olduqca ciddi daxili təhdidlərin formalaşacağı reallıqda məhz belə davranacağı istisna olunmur. Nikol Paşinyan çox gözəl dərk edir ki, iri miqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəsinin güclü Azərbaycan ordusu qarşısında biabırçı məğlubiyyəti və deməli, özünün də hakimiyyətdən salınması sırf zaman məsələsidir. Bu vəziyyətə Ermənistanın məqsədi “kiçik müharibə” effekti yaradıb, daxili auditoriyanın hakimiyyətə olan qəzəbini soyutmaq və sonra isə beynəlxalq aləmdə hay-həşir qoparıb, Azərbaycan ordusunun hücuma keçdiyi, Ermənistan dövləti və onun "məzlum" xalqı üçün yenidən təhdidlərin yarandığı ilə bağlı dezinformasiya yaymaqdan ibarətdir. Təəssüflər olsun ki, bu, belə də oldu”.
E.Nəsirov qeyd edib ki, iyulun 12-də Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya qurğularından istifadə etməklə qəfil hücuma keçərək hərbi təxribat törətdi: “Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi avantüraya görə bütün məsuliyyət onun hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. İşğalçı dövlətin belə bir addım atması ilk növbədə, mövcud diktator rejiminin ölkə daxili problemlərlə üzləşməsi ilə izah olunur. Heç kəsə sirr deyildir ki, koronavirus pandemiyası Ermənistanda onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti böhran həddinə çatdırıb. Ölkədə yeni inqilab mehi əsməkdədir. Bu reallıqda Ermənistanın hərbi-siyasi rəhbərliyi ənənəvi olaraq dəfələrlə sınaqdan çıxardıqları taktikanı yenidən işə salmaq məcburiyyətində qalıblar”.
Millət vəkilinin sözlərinə görə, daxili riskləri süni yaradılmış xarici risklər hesabına kompensasiya etmək, yəni - hərbi avantüraya əl atmaqla Ermənistan rəhbərliyi hakimiyyətinin ömrünü uzatmaq niyyətindədir. Sadə ermənilər diktatura rejiminin ömrünü uzatmaq naminə övladlarını müharibədə qurban vermək istəmirlər və bununla bağlı etiraz edənlərin sayı gündən-günə artmaqdadır: "Ermənistan siyasi rəhbərliyinin hərbi təxribatçı addımlarını şərtləndirən digər mühüm amilin isə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi ilə əlaqədardır. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Xüsusilə də, Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi mənafeyinə xidmət edən BMT Baş Assambleyasının Xüsusi sessiyasının çağırılması təşəbbüsünün 130-dan çox dövlət tərəfindən dəstəklənməsi Ermənistanı qıcıqlandırıb. Ermənistan Azərbaycanın təşəbbüsünə etiraz etməklə özünü bütün dünyanın gözündə rüsvay etdi”.
E.Nəsirov hərbi təxribatın məhz Azərbaycan-Ermənistan dövlət sərhədində baş verməsinin təsadüfi olmadığını də bildirib. Qeyd edib ki, Ermənistanın münaqişənin əsl mahiyyətini ört-basdır edir və bu da onun çirkin niyyətindən irəli gəlir. İşğalçı ölkə üzvü olduğu hərbi-siyasi təşkilatın «çətir»i altında gizlənərək hərbi avantürasının kollektiv müdafiə mexanizmləri ilə dəstəklənməsinə nail olmaq kimi riyakar məqsədindən qaynaqlanır. İşğalçı dövlətin bu istiqamətdə planları da tam iflasa uğradı: “Ermənistanın hərbi təxribatı nəticəsində bir neçə hərbi qulluqçumuz şəhid olub. Vətən uğrunda canından keçən oğullarımızın qisası ordumuz tərəfindən alındı. İnanırıq ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək hərbi-vətənpərvərlik ruhu olan güclü Azərbaycan Ordusu düşmənin təxribatına bundan sonra da layiqli cavab verəcək. Birliyimiz, həmrəyliyimiz sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaqdır”.
Kimdir? Nədir? Ermənistan
Bu danılmaz faktordur ki, Ermənistan zaman-zaman sülh danışıqlarından yayınmaq üçün cəbhədə təxribatlar törədib. Son hadisələr isə birbaşa Ermənistanın daxilindəki ziddiyətlərlə bağlıdır. Bu gün bir tərəfdən Ermənistandan daxili siyasi çəkişmələr pik həddə çatıb. Digər tərəfdən Paşinyan hökuməti koronavirusun sürətlə yayılmasının qarşısını heç cür ala bilmədiyinə görə daxili təzyiq və qınaqla üzə-üzə qalıb. Buna görə Ermənistan iqtidarı cəbhədə təxribatlar törədərək diqqəti daxili problem və ziddiyyətlərdən yayındırmaq yolu tutub. Bu işğalçı dövlətin köhnə oyunlarından biridir. Əsas olan odur ki, hər belə təxribat Ermənistanın işğalçılıq siyasətinin ifşasını sürətləndirir, Azərbaycanın öz torpaqlarını azad etmək üçün siyasi və hüquqi baxımdan mövqelərini möhkəmləndirir. Tarixi başdan-başa saxtakarlıqlardan, xalqımıza qarşı soyqırımlardan, quldurluqdan ibarət olan cinayətkarlar, oğrular, saxta demokrat cildinə girmiş diktatorlar ölkəsi hər addımı ilə öz sonunu yaxınlaşdırır.
Bu günlərdə mətbuata açıqlamasında Prezident İlham Əliyev sülh danışıqlarının gedişatı ilə bağlı fikirlərini bildirirərək, dövlətimizin mövqeyini bəyan etdi. Görünən odur ki, Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil. Dövlətimizin başçısı müsahibəsinin sonunda “Heç kimin Aprel döyüşləri yadından
çıxmasın!” fikrini də təsadüfən söyləmədi. Bəli, Azərbaycan nəyə qadir olduğunu artıq sübut edib. Ermənistanın siyasi-hərbi rəhbərliyi də ölkəsinin zəifliyini bilir və buna görə də indiki təxribatı məqsədyönlü şəkildə dövlət sərhədində törədib. Amma beynəlxalq situasiya elə bir mərhələyə doğru gedir ki, üzvü olduğu təşkilatlar belə Ermənistanı xilas edə bilməyəcək və işğalçı siyasətin son nöqtələrini Ordumuzun atəşləri qoyacaq.
Sergey Markov: “KTMT-də daha çox Prezident İlham Əliyevin sözünə güvənirlər”
“Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etməsi çox həyəcan vericidir. Bu, onu göstərir ki, Ermənistan və Azərbaycan əvvəlki kimi müharibə vəziyyətindədir. Hər iki tərəf itki verib. Azərbaycan tərəfindən isə mülki insanlar arasında itki və xəsarət alanlar var. Bu məqam beynəlxalq təşkilatlardan münaqişənin daha da dərinləşməməsi üçün müdaxilə tələb edir”. Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.
“Bu cür esklasiyanın baş verməsinin təbiəti aydın deyil. Üstəlik də pandemiya dövründə bunun baş verməsi çox qəribədir. Vəziyyətin gərginləşməsi Nikol Paşinyana daxili siyasi səbəblərə görə lazımdır. Ona görə ki, o, özünü vətənpərvər kimi qələmə verərək rəqibi olduğu Respublikaçılar Partiyasına yumruq göstərmək istəyir. Bununla belə, onun əsl məqsədi KTMT-nin dəstəyini alaraq bu qurumu Azərbaycanla münaqişəyə cəlb etməkdir”, - deyə S. Markov vurğulayıb.
Rusiyalı siyasi ekspert KTMT-yə üzv dövlətlərin Paşinyana güvənmədiyini də söyləyib: «Bu təşkilatda Ermənistandan daha çox Azərbaycan prezidenti İlham Əliyevin sözünə güvənirlər. Baxmayaraq ki, Azərbaycan KTMT-nin üzvü deyil. Üstəlik, KTMT-də Paşinyanın bu qurumun Baş katibinin həbs olunması əmrini verməsini hələ bağışlamayıblar”.
Göründüyü kimi, bütün bu baş verənlər onu göstərir ki, baş nazir Nikol Paşinyan və komandasının diqqəti daxili problemlərdən yayındırmaq cəhdləridir. Lakin bu da istisna faktor deyil. Amma Ermənistandakı vəziyyət o qədər acınacaqlıdır ki, diqqəti daxili problemlərdən yayındırmaq üçün heç bir təxribat və avantüra Ermənistan hakimiyyətinin köməyinə gəlməyəcək. Ekspertlərin sözlərinə görə, ölkədəki iqtisadi böhran və sosial problemlər ən yüksək həddə çatıb. Bunun əsas səbəblərindən biri, COVID-19 virusuna yoluxma halları ilə bağlı aparılan mübarizənin effektivsizliyi və sərhədlərin qapalı olmasıdır. Daxili resurslarla əhalinin minimum ehtiyaclarını ödəyə bilməyən Paşinyan hakimiyyəti onları aclıq və səfalətlə baş-başa buraxıb.
Yaranmış vəziyyət Ermənistandakı daxili kataklizmlərin daha da dərinləşəcəyi ehtimalını yaradır. Ermənistanın, Paşinyan hakimiyyətinin isə COVID-19 səbəbindən itirilən vəsaitləri kompensasiya etmək üçün heç bir iqtisadi resursu yoxdur. Bu dəfə klassik dilənçilik ənənəsi də ermənilərin köməyinə çatmır. Və düşmənin bütün cəhdləri boşa çıxır. Eyni zamanda, Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri var. Təşkilat üzvləri də Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər. Ona görə də təşkilat İrəvan hökumətinin çağırışlarına müsbət cavab vermir və bundan sonra da verməyəcəyi bildirilir.
Beləliklə, nə həqiqəti, nə də tarixi faktları saxtalaşdırmaq olmaz. Çünki həqiqət gec-tez üzə çıxır, tarix də tarixində qalır. Nikol Paşinyan hələ hakimiyyətə gəlməmişdən İrəvan küçələrində təşkil etdiyi mitinqlərdə səsləndirdiyi daşnak lozunqları ilə faşistlərdən fərqlənmədiyini ortaya qoymuşdu. Hakimiyyətə gəldikdən sonra da öz sələflərinin siyasətini davam etdirməklə, faşizm ideyalarına sadiqliyini sübut etmiş oldu. Göründüyü kimi, müasir siyasətdə geniş tətbiq olunan ikili standartlar bu məsələdə də tətbiq olunur. Faşist elə faşistdir və paşinyanlar kimi. Və faşist xisləti ilə ölkə iqtisadiyyatını böhrana sürükləyən Paşinyan heç də Serj Sarkisyan iqtidarından geri qalmır. "Aykakan Jamanak" qəzeti yazır ki, Sarkisyan hakimiyyəti dövründə olduğu kimi, Paşinyan hökumətinin yalan vədlərinin böş və mənasız olduğunu artıq anlayır və sadəcə xalqı aldatdığını aydın görürlər.
Bir sözlə acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan necə deyərlər Ermənistanı iflasdan iflasa sürükləməklə yanaşı, nöbəti faşist xislətini nümayiş etdirdi. Bəs, Ermənistanın faşist xislətli rəhbərliyi Paşinyanın düşdüyü labirintdən çıxış yolu varmı? Bəli, var. Bu yolu təxribat yolu yox, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bəli, bu, Ermənistanın yeganə nicat yoludur. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq, sözün bütün mənalarında.
Bir sözlə, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bu faktın gerçəkliyi göz önündədir.
A.SƏMƏDOVA