Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin və Balakən şəhər Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Diaspor.info məlumat verir ki, Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.
Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.
Daha sonra Prezident İlham Əliyev 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib.
Dövlət başçısına binada yaradılan şərait barədə məlumat verilib.
1 333