Yerevan şəhərinin sabiq meri həbs edilib
Yerevan şəhərinin sabiq meri və İctimai Xidmətlərin Tənzimləmə Komissiyasının sabiq sədri Robert Nazaryan tutulub. DİASPOR.İNFO xəbər verir ki, R. Nazaryan başladılan cinayət işi çərçivəsində tutulub.
Ermənistan KİV-in məlumatına görə, R. Nazaryandan tutulmazdan əvvəl sabiq prezident Serj Sarkisyanın əleyhinə ifadə vermək tələb olunub. R. Nazaryan isə bundan imtina edib.
Qeyd edək ki, R. Nazaryan 2003-cü ildən 2018-ci ilə qədər İctimai Xidmətlərin Tənzimləmə Komissiyasının sədri vəzifəsində çalışıb. Buna qədər isə iki il paytaxtın meri olub.
Müəllif: Nigar Məmmədova
794